Baş
nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub
Azərbaycan
Respublikasının Baş Naziri Əli Əsədov belaruslu həmkarı
Roman Qolovçenkonun müşayiəti ilə oktyabrın 4-də
Minskdə Azərbaycan Ticarət Evində olub.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, hökumət başçılarına Ticarət Evinin fəaliyyəti
barədə məlumat verilib, Azərbaycan şirkətlərinin
istehsal etdiyi və Belarus bazarına çıxarılan
müxtəlif növ məhsullarla tanışlıq olub.
Sonra Azərbaycanın
və Belarusun Baş nazirləri Əli Əsədovun və
Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət
Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı
keçirilib.
Tədbir
çərçivəsində Kəlbəcər
"İstisu" mineral su zavodu və Belarus Respublikasında
"Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq
qurmaq məqsədilə niyyət protokolu imzalanıb. Əsas
məqsəd "İstisu" mineral su zavodunun məhsullarının
Belarusda təşviqi və satışını təmin etməkdir.
"Azərbaycan
Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi,
marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə
uyğunluq sahəsində kömək göstərəcək.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.5.