Minskdə
Azərbaycanın və
Belarusun baş nazirlərinin görüşü
olub
Minskdə rəsmi
səfərdə olan Azərbaycan Respublikasının Baş
naziri Əli Əsədov oktyabrın 3-də Belarus
Respublikasının Baş naziri Roman Qolovçenko ilə
görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
əvvəlcə hökumət
başçılarının məhdud tərkibdə görüşü keçirilib.
Sonra müzakirələr
hər iki ölkənin nümayəndə
heyətlərinin iştirakı
ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan-Belarus dövlətlərarası
münasibətlərinin yüksək
səviyyəsindən məmnunluq
ifadə olunub, iki ölkənin prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif
sahələrdə qarşılıqlı
faydalı tərəfdaşlığın
dinamik inkişafı qeyd edilib.
Bu xüsusda
Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət
səfərinin əhəmiyyəti
vurğulanıb.
Hökumət başçıları
iqtisadi-ticari əməkdaşlığa
dair cari məsələləri müzakirə
ediblər. Bildirilib ki, bu ilin
8 ayının yekunları
üzrə qarşılıqlı
ticarətin həcmində
39 faiz artım müşahidə olunub. Ticarət dövriyyəsinin
artması tendensiyasının
dəstəklənəcəyinə əminlik ifadə edilib.
Vurğulanıb ki,
dövlət başçılarının
qarşılıqlı maraq
doğuran bir sıra perspektivli istiqamətlər üzrə
layihələrin hazırlanması
ilə bağlı birgə qərarı çoxşaxəli qarşılıqlı
fəaliyyətə mühüm
təkan verib.
Bu baxımdan iki ölkənin prezidentlərinin razılaşmalarının
və tapşırıqlarının
icrasına xüsusi diqqət yetirilir.
Bir sıra sahələrdə, o cümlədən
sənaye kooperasiyası,
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində aqroşəhərciklərin
salınması, həmçinin
peşə təhsili
sahəsində konkret
layihələrin işlənib
hazırlanmasında əldə
olunan uğurlardan məmnunluq ifadə edilib.
Sənaye kooperasiyası
Azərbaycan-Belarus əməkdaşlığının
əsas istiqaməti kimi qiymətləndirilib, Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri
arasında uzunmüddətli
uğurlu qarşılıqlı
fəaliyyətə xüsusi
diqqət yetirilib.
Hökumət başçıları
aqrar sahədə əməkdaşlığın sabit inkişafını qeyd edib və
hər iki tərəfin kənd təsərrüfatı məhsullarının
qarşılıqlı tədarükünü
artırmağa hazır
olduğunu təsdiqləyiblər.
Tərəflər nəqliyyat
və tranzit sektorunda əməkdaşlığın
dərinləşdirilməsini zəruri hesab ediblər.
Ənənəvi olaraq
mədəni-humanitar əməkdaşlığın
yüksək səviyyəsindən
məmnunluq ifadə edilib. Hökumət başçıları mədəni,
elmi və gənclər mübadiləsinin
intensivləşdirilməsini, eləcə də təhsil sahəsində qarşılıqlı fəaliyyətin
inkişafını təqdir
ediblər.
Tərəflər, həmçinin
Belarus Prezidentinin dövlət
səfəri zamanı
iki ölkənin bir sıra şəhərləri
arasında qardaşlaşmış
şəhərlər əlaqələrinin
yaradılmasına dair
sazişlərin imzalanmasının
göstəricisi kimi regionlararası əməkdaşlığın
genişləndirilməsini qeyd ediblər.
Turizm sahəsində
əməkdaşlığın inkişafı üçün
böyük potensialın
olduğu vurğulanıb.
Əli Əsədov
və Roman Qolovçenko, həmçinin
qarşılıqlı faydalı
əməkdaşlığın inkişaf perspektivlərini
müzakirə edib, Azərbaycan və Belarus üçün qarşılıqlı
maraq doğuran bütün aktual məsələlər üzrə
birgə fəaliyyət
göstərməyə hazır
olduqlarını bildiriblər.
Danışıqların yekununa dair Ağdam
rayonunda kənd təsərrüfatı istehsalının
inkişafı, səhiyyə
sahəsində əməkdaşlıq,
Ağdam rayonunun Qızıl Kəngərli
kəndində aqroşəhərciyin
layihələndirilməsi və
yanğınsöndürmə avadanlığının tədarükü
ilə bağlı bir sıra sənədlər
imzalanıb.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.5.