Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

Qərar № 46/230

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü 30-cu maddələrinə uyğun olaraq   qərara alır:

1. Niyazi İsgəndər oğlu Nəcəfov 24 saylı Nizami birinci, Ruslan Zülfüyeviç Hacıyev    42 saylı Sumqayıt birinci, Barat Zöhrab oğlu Xəlilov 82 saylı İmişli - Saatlı, Gülnar Vaqif qızı Cəfərli 83 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Fəridə Rza qızı Rzayeva 24 saylı Nizami birinci, Təravət Əlövsət qızı Rəsulova 42 saylı Sumqayıt birinci, Sabit Çərkəz oğlu Yaqubov 82 saylı İmişli - Saatlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

03.10.2024

Azərbaycan.-2024.- 4 oktyabr (№ 217).- S.8.