Paytaxtın quruculuq mənzərələri

 

Getdiyimiz, gördüyümüz şəhərlər həmişə tarixi yerləri, körpüləri, yaşıllığı, abadlığı, bir sözlə, bənzərsiz gözəlliyi ilə yaddaşımızda qalır. Bu da təbiidir. Çünki insan həmişə gözəlliyə can atır, onun vurğunu olur, onu vəsf edir. Bir ki, səliqə-sahman, abadlıq həmişə könül açır, göz oxşayır. Gözoxşayan gözəlliklər isə insanların ovqatına ovqat qatır, yaşamaq həvəsini artırır.

Bu gün ölkəmizin paytaxtı Bakı şəhərində aparılan abadlıq işləri hamımızı sevindirir. Meydanlar, küçə prospektlər, hətta məhəllələr belə gündən-günə gözəlləşir. Belə şəhərdə yaşamaq işləmək isə insanda xoş ovqat yaradır.

Azərbaycan cari ilin noyabr ayında COP29-a evsahibliyi edəcək. Həmin günlər şəhərimiz qonaqlı-qaralı olacaq. Ölkəmizin paytaxtına demək olar ki, dünyanın hər yerindən nümayəndələr gələcək. Qonaqlar istirahət vaxtlarında şəhərimizin tarixi yerlərini, meydanlarını, küçə prospektlərini gəzəcəklər. Deməli, şəhərimizi elə abadlaşdırmalıyıq ki, Bakı gələn qonaqların yaddaşında dünyanın ən gözəl, insanları valeh edən məkanlarından biri kimi qalsın. Məhz buna görə indi şəhərimizin demək olar ki, bütün guşələrində geniş abadlıq işləri aparılır.

Paytaxtımızın sakinləri aparılan bu abadlıq, təmir bərpa işlərinin hər gün şahidi olurlar. Abadlaşan binalar, parklar, meydanlar, tarixi məkanlar, küçələr sanki əyinlərinə yeni don geyinirlər. Daha möhtəşəm, bənzərsiz görkəmdə görünürlər. Bu gözəllik isə hər birimizi sevindirir zövqümüzü oxşayır. Çünki insan yaranandan gözəllik aşiqi olub. Buna görə həmişə səfalı, səliqə-sahmanlı yerlərdə məskən salıb.

Sevindirici odur ki, abadlıq quruculuq işləri təkcə böyük meydan, park prospektlərdə deyil, hər yerdə - dayanacaqlarda, yeraltı keçidlərdə, səkilərdə, binaların fasad eyvanlarında, bir sözlə, hər addımda aparılır. Belə hərtərəfli quruculuq bərpa işləri hamıda heyranlıq yaradır. Görülən hər kiçik , yerə döşənən hər kiçik daş, silinən rənglənən hər metr divar təmizliyə gözəlliyə xidmət edir.

Təmizlik, abadlıq işləri daim insanlara başucalığı gətirib. Ona görə bu vacib tədbirlər həmişə ölkəmizdə diqqətdə saxlanılıb, heç vaxt unudulmayıb. Abadlıq işləri başa çatandan sonra təbiidir ki, şəhərimiz daha cəlbedici, daha  möhtəşəm olacaq noyabr ayında ölkəmizə gələcək COP29-un iştirakçılarının zövqünü oxşayacaq.

Quruculuq, abadlıq işlərinin daha rəvan getməsi üçün ən bacarıqlı, ən peşəkar mütəxəssislər cəlb olunub. Təbiidir ki, bu amil işlərin yüksək keyfiyyətlə aparılmasına müsbət təsir göstərəcək. Bu isə son nəticədə görənlərin zövqlərini oxşayacaq.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 4 oktyabr (№ 217).- S.11.