Beynəlxalq
konfransın iştirakçıları
Ağdərədə aşkarlanmış
kütləvi məzarlığa
baxış keçiriblər
“İtkin
düşmüş şəxslər
probleminin həlli: ailələrin həqiqəti
bilmək hüququnun dəstəklənməsi” mövzusundakı
beynəlxalq konfransın
iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri
ilə birgə Ağdərə rayonunun Sırxavənd kəndində
aşkarlanmış kütləvi
məzarlığa baxış
keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kütləvi məzarlıqda Birinci Qarabağ
müharibəsində itkin
düşmüş 15-ə yaxın şəxsə
aid meyit qalıqları
aşkar edilib.
Qonaqlara məlumat
verilib ki, bir ay ərzində burada 6 nöqtədə qazıntı
işləri aparılıb
və insan sümüklərinin qalıqları
aşkarlanıb. Ərazidə
digər insan qalıqlarının olması
da ehtimal edilir.
Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
işçi qrupunun üzvü Zaur İsmayılov
jurnalistlərə açıqlamasında
deyib: “Birinci Qarabağ
müharibəsi dövründə
Ağdərə rayonu
ərazisində qızğın
döyüşlər gedib.
Həmin döyüşlərdə
xeyli hərbçimiz
həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin
cəsədlərini döyüş
meydanından çıxarmaq
mümkün olmayıb.
Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şahidlərin
ifadələrinə əsasən,
burada içərisində
beş hərbçi
və bir tibb bacısının olduğu hərbi yük avtomobili vurulub. Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi
avtomobilin qalıqları
da aşkarlanıb. Bu ərazidə
ümumilikdə 4 kütləvi
və 2 fərdi məzarlıq aşkar edilib”.
Qonaqlar, həmçinin
ərazidən tapılan
minaların partlayış
yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər.
Qeyd edək
ki, oktyabrın 2-də Azərbaycan
Respublikası Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər
probleminin həlli: ailələrin həqiqəti
bilmək hüququnun dəstəklənməsi” mövzusunda
növbəti beynəlxalq
konfrans təşkil olunub.
Azərbaycan.-2024.-
4 oktyabr (¹ 217).- S.12.