Ombudsmanların
Beynəlxalq Bakı Forumunun iştirakçıları
Ağdama səfər
ediblər
Ombudsmanların Beynəlxalq
Bakı Forumunun iştirakçıları Ermənistan
hərbi qüvvələrinin
otuz ilə yaxın işğal dövründə dağıtdığı
dini, mədəni və tarixi abidələrə yerində
baxıblar.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, Forum
iştirakçıları rayonun Sarıcalı kəndi ərazisində
minatəmizləmə prosesini izləyib, şəhərin mərkəzi
küçəsində ermənilərin yerlə-yeksan etdikləri
binaların qalıqlarına baxıblar. Səfər
iştirakçıları, həmçinin Ağdam Cümə məscidində,
İmarət kompleksində
Azərbaycan dövləti
tərəfindən həyata
keçirilmiş təmir-bərpa
işləri ilə tanış olub, yeni yaşayış məhəllələri, həyata
keçirilən tikinti-quruculuq
işləri barədə
məlumatlandırılıblar.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.12.