Qərbi
Azərbaycan İcması
bəyanat yayıb
AZƏRTAC bəyanatı təqdim edir: "Litvanın xarici işlər naziri Qabrieulius Landsberqis Avropa Şurasının Parlament
Assambleyasında bir sıra anti-Azərbaycan fikirlər səsləndirmişdir.
Litvanın xüsusən
Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti
ikrah doğurur. “Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəm”
kimi şit və təkəbbürlü
bəyanatlarla Litva naziri
özünü və
ölkəsini gülünc
vəziyyətə salır.
Təəssüf ki, bu
gün Qərbdə Azərbaycanofobiya mərəzinə
yoluxmuş, danışdığı
sözün mahiyyətini
dərk etməyən,
iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən
uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.
Öz ərazisində
milli azlıqların hüquqlarını
kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq
hallarına səbəb
olan Litva Azərbaycana
insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına
sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını
Azərbaycandan öyrənsin.
Litva Fransa, Niderland, Kanada ilə
birlikdə Azərbaycana
“öyüd-nəsihət verə
bilən” axırıncı
ölkələrdəndir.
Reç Pospolitanın
xiffətini çəkən
litvalı nazir müstəqilliyini
birinci olaraq tanıdıqları Ermənistan
rəsmilərinin ən
azı sözdə ifadə etdikləri “mifik Ermənistan”dan
“real Ermənistan”a keçid
niyyəti kimi “real Litva”ya keçməlidir.
Q.Landsberqisin qayıdış
hüququnu yalnız etnik ermənilərə aid etməsi, Ermənistanın etnik təmizləməsinə məruz
qalmış bir milyondan artıq azərbaycanlıya, o cümlədən
qərbi azərbaycanlılara
qarşı ayrı-seçkiliyin,
qərəzin, onun səlibçi təfəkkürünün
göstəricisidir.
Avropa Şurası
Parlament Assambleyasının
bir ovuc rasist və korrupsioner üzvünün
Azərbaycana girişinə
icazə verilməməsi
məsələsinə gəldikdə,
vurğulamaq lazımdır
ki, suveren bir dövlət kimi onlara giriş
qadağası qoymaq tamamilə Azərbaycanın
haqqıdır. Litvalı
nazirin bununla bağlı da açıqlamaları lüzumsuzdur.
Həmin addım Azərbaycana və Azərbaycan xalqına qarşı etnik və dini ayrı-seçkiliyin
ifşa edilməsinə
və insan hüquqlarının təşviqinə
xidmət edir".
Azərbaycan.-2024.-
4 oktyabr (¹ 217).- S.12.