Litvanın
xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi
fikirlər qəbuledilməzdir
Litva Respublikasının
xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın
2-də keçirilən iclası
zamanı Azərbaycana
qarşı səsləndirdiyi
fikirlər tamamilə
əsassız və qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu,
Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin
Litvanın xarici işlər nazirinin səsləndirdiyi fikirlərə
dair şərhində
yer alıb.
“Azərbaycanla Avropa
Şurası arasında
əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri
həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə
heyətinin səlahiyyətlərinin
dayandırılması barədə
ədalətsiz və
hüquqi cəhətdən
suallar doğuran təşəbbüsü dəstəkləyən
76 nəfər parlament
üzvü olub. Avropa Şurası nizamnaməsinin pozulması,
AŞPA tərəfindən səlahiyyətlərin aşılması
nəticəsində baş
vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif
kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində
səmimi şəkildə
maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası
Nazirlər Komitəsində
sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da
hüquqlarının əlindən
alınmasından qətiyyən
narahat deyil”, - deyə Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistanın
işğalından azad
edilməsindən sonra
qərəzli yanaşmalar,
ölkəmizin beynəlxalq
hüquqa və ədalətə söykənən
mövqeyinə kölgə
salınmağa yönəlmiş
cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın
haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.
“Azərbaycan nümayəndə
heyətinin səlahiyyətləri
barədə məsələyə
səs verdiklərinə
görə Avropa Şurası Parlament Assambleyası deputatlarının
Azərbaycana girişinə
qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə
qeyd edək ki, bu qərar
Azərbaycan Respublikasının
qanunvericiliyi əsasında
suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən
Avropa Şurası üzv dövlətlərinin
mövcud təcrübəsinə
uyğundur. Azərbaycan
nümayəndələrini AŞPA-da görmək istəməyən parlament
üzvlərini Azərbaycanda
görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur.
Nazir Landsberqisin
AŞPA-nın tribunasından
istifadə edərək
Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi
əsassız fikirləri
də qətiyyətlə
qınayırıq. Azərbaycanda
milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslı sübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə
uyğun olaraq aparılan təhqiqatları
“ifadə azadlığını
məhdudlaşdıran sanksiyalar”
kimi qələmə vermək tamamilə yanlışdır.
Azərbaycanın Qarabağ
bölgəsindən könüllü
şəkildə Ermənistana
köçmüş ermənilərin
hüquqlarının Avropa
İnsan Hüquqları
Konvensiyası çərçivəsində
qorunduğuna, onların
geri qayıdış
hüquqlarına hörmət
edilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsə Ermənistan ərazisindən
qovulmuş 300 mindən
çox azərbaycanlının
hüquqları barədə
danışmır.
Bu kimi qərəzli
mövqedən çıxış etmək əvəzinə,
Litva nazirinin öz fəaliyyətinə diqqət yetirməsi,
həmçinin Azərbaycanla dialoq və əməkdaşlığın
bərpası üçün zəruri addımlar atmağa
AŞPA-ya çağırış etməsi daha
yaxşı olardı”, - deyə Azərbaycan XİN rəsmisi
vurğulayıb.
Azərbaycan.-2024.-
4 oktyabr (¹ 217).- S.12.