İlham
Əliyevdən növbəti
zəfər müjdəsi:
"Cəbrayıl şəhəri
işğaldan azad edilib"
Oktyabrın 4-də Ermənistan
ərazisindən Füzuli
rayonunun ərazisi raket atəşinə, işğal altında olan ərazilərimizdən
isə Ağdam və Tərtər rayonlarının kəndləri
artilleriya atəşinə
tutulub.
Xankəndi
şəhərindən şimalda
Ballıcada yerləşən
hərbi hissədən
Azərbaycan Ordusunun bölmələrinin mövqeləri
və yaşayış
məntəqələrimiz son iki gün
ərzində intensiv atəşə tutulub. Beynəlxalq təşkilatların nümayəndəlikləri
vasitəsilə düşmənə
bir neçə dəfə xəbərdarlıq
edilməsinə baxmayaraq,
proses davam edib.
Gəncə şəhəri
raket hücumuna məruz qalıb
Düşmən Gəncə
şəhərini Ermənistan
ərazisindən atəşə
məruz qoyub. Mülki əhali arasında ölən və yaralananlar olub. Yaşayış və ictimai-iaşə obyektlərinə ciddi ziyan dəyib. Erməni tərəfi isə məlumat yayaraq guya Gəncədəki
hərbi obyektlərə
atəş açılıb.
Dünya bir daha erməni rəzilliyinə şahidlik
edib.
Dünya bir daha şahidlik edib ki, düşmən
tərəfindən açılan
atəş nəticəsində
Gəncədə dinc
sakinlərə, mülki
infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.
Azərbaycan
Ordusu tərəfindən cəza tədbirləri
görülüb
Düşmənin zirehli
texnikaları, atəş-dəstək
və təminat vasitələri məhv edilib. Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının
uğurlu icrasını
planlaşdırır və
təşkil edir. Dəfələrlə edilən
xəbərdarlığa məhəl
qoymayan düşmənə
qarşı Azərbaycan
Ordusu tərəfindən
cəza tədbirləri
görülüb.
Müdafiə
naziri general-polkovnik Zakir Həsənov açıqlama verərək
bildirib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə
atəş açılması açıq təxribat
xarakteri daşıyır və döyüş bölgəsini
genişləndirir.
Mübariz
İbrahimovun həlak olduğu posta bayrağımız
sancılıb
Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun
18-də təkbaşına döyüşərək xeyli
sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan
bayrağı sancılıb.
Cəbrayıl
istiqamətində düşmənin xeyli sayda silah-sursatı,
döyüş və avtomobil texnikası qənimət
götürülüb.
Cəbrayıl
şəhəri və bir neçə kənd işğaldan
azad edilib
Ali Baş
Komandan İlham Əliyev rəsmi "Tviter" (indiki "X") səhifəsində
paylaşım edərək xalqa növbəti müjdəni
verib: "Bu gün Azərbaycan
Ordusu Cəbrayıl şəhərini və rayonun bir
neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Mehriban Əliyeva:
"Uca Tanrı ordumuzu, xalqımızı,
Vətənimizi və
Prezidentimizi qorusun!"
Birinci vitse-prezident
Mehriban Əliyeva rəsmi "İnstaqram"
səhifəsində ordumuzun
cəbhədə qazandığı
qələbələrlə bağlı paylaşım
edib:
"Bütün
Azərbaycan xalqını və bizim qələbələrimizə
sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm.
Vətən yolunda
canından keçmiş
qəhrəman şəhidlərimizə
Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi
və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"
Ali Baş Komandan birlik komandirlərini, şəxsi
heyəti təbrik edib
Ali Baş Komandan İlham Əliyev birlik komandirləri - general-mayor
Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə
təbrik edib. Onlara tapşırıq verib ki, müzəffər
sərkərdənin təbriklərini
korpusların bütün
şəxsi heyətinə
çatdırsınlar.
Mayis Bərxudarov
və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini
bildirərək, Prezidenti
əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə
yerinə yetirəcəklər.
Ali Baş Komandan: "Biz tarixi ədaləti bərpa edirik"
Axşam saatlarında
Prezident xalqa müraciət edib. Prezident Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə xalqı
təbrik edib.
Ali Baş Komandan deyib ki, bir həftədir döyüş meydanında
əsgər və zabitlərimiz qəhrəmanlıq
göstərir, düşmənə
sarsıdıcı zərbələr
endirir, düşməni
yerinə oturdur, torpaqlarımızdan qovur,
canı-qanı bahasına.
Bu şərəfli missiya
tarixdə öz yerini tapacaq: "Biz bu gün xalqımızın
və dövlətimizin
yeni tarixini yazırıq,
şanlı tarixini yazırıq. Biz tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır".
Prezident deyib ki,
Azərbaycan tarixində
bir çox şərəfli anlar olub, amma onların sırasında bugünkü
hadisələr xüsusi
yerdədir. Azərbaycan
ədaləti bərpa
edir: "Biz Azərbaycan xalqının
ümidlərini doğrulduruq
və bundan sonra da doğruldacağıq.
Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!"
İlham Əliyev
atəşkəs şərtlərini
bir daha açıqlayıb
Prezident İlham
Əliyev "Əl-Ərəbiyyə"
televiziya kanalına müsahibə verərək
bir daha bəyan edib ki, Azərbaycanı heç kim haqq yolundan döndərə
bilməz.
"Hadisələrin nəzarətdən çıxdığını
düşünmürəm, vəziyyət Azərbaycan
Ordusunun nəzarəti
altındadır. Biz hazırda hücum əməliyyatını həyata
keçiririk, bizim məqsədimiz ərazilərimizi
azad etməkdir" deyən dövlət başçısı vurğulayıb
ki, əgər Ermənistan atəşkəs
istəyirsə, Azərbaycandan
üzr istəyib, torpaqlarımızdan çıxmaqla
bağlı vaxt cədvəli təqdim etsin. Belə olarsa, Azərbaycan Ordusunun uğurlu əməliyyatları dayandırılacaq
və danışıqlar
aparılacaq.
"Bizim
müqəddəs Şuşa torpağında öz
bandası ilə rəqs etməklə və "Qarabağ
Ermənistandır" deməklə azərbaycanlıların
hisslərini təhqir etmiş Ermənistanın baş naziri
üzr istəməli və deməlidir ki, "Qarabağ Ermənistan
deyil". Mənim sözüm budur".
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.13.