Bakıda UNESCO-nun ikinci subregional konfransı keçirilir

 

 

 

Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfrans praktik sahə seminarı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan İran nümayəndələri iştirak edirlər.

Konfransın təşkilində məqsədVolqa-Xəzər İpək Yolu Dəhlizinin transsərhəd nominasiyasıüçün təqdim olunacaq mədəni irs obyektlərini müəyyən etmək, dəhlizə daxil olan 5 ölkədən hökumət nümayəndələri, milli əlaqələndiricilər, yerli beynəlxalq ekspertlərlə müvafiq sənədlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Eyni zamanda, 2024-cü il oktyabrın 3-dən 6-dək Bakıda keçiriləcək konfrans seminarın proqramına Volqa-Xəzər İpək Yolu İrs Dəhlizi üzrə fəaliyyət istiqamətində sənədlərin tövsiyələrin hazırlanması sahələrində səylərin davam etdirilməsi; irs obyektlərinin inventarlaşdırılması elmi sənədləşdirilməsinin aparılması; Volqa-Xəzər Dəhlizinin Ümumdünya İrs Siyahısına transmilli nominasiyası üzrə seçim prosesində komponentlərin prioritetləşdirilməsi meyarlarının müəyyən edilməsi; koordinasiya mexanizminin namizədlərin irəli sürülməsi prosesində Katibliyin rolunun razılaşdırılması; sualtı irs üzrə tədqiqatların aparılması quru yollarının arxeoloji tədqiqatları ilə sualtı arxeoloji işlər arasında əlaqənin yaradılması; ICOMOS (Abidələr Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) tərəfindən İpək yollarının tematik tədqiqatlarının davam etdirilməsi, o cümlədən Volqa-Xəzər dəhlizinin tədqiqi məsələləri daxildir.

 

Azərbaycan.-2024.- 4 oktyabr (№ 217).- S.15.