X Bakı
Beynəlxalq Kitab Sərgisində “Ədəbiyyatda
qadın səsi” adlı mühazirə keçirilib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
X Bakı Beynəlxalq
Kitab Sərgisi çərçivəsində Azərbaycanəsilli İran yazıçısı
Fəriba Vəfinin
"Ədəbiyyatda qadın
səsi" adlı mühazirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərginin
fəxri qonaqlarından
olan Fəriba Vəfi 13 əsərin müəllifi, Almaniyanın
nüfuzlu "LiBeraturpries"
mükafatının qalibidir.
Fəriba Vəfi
çıxışında müəllifi olduğu
"Zirzəmi quşu”
romanının ərsəyə
gəlməsindən söz
açıb. O bildirib
ki, əsərdə həyatın ağır şərtlərinə dözən,
ailə qurduqdan sonra bütün gücünü övladlarının
tərbiyəsinə həsr
edən qadından bəhs olunur.
"Mənim əsərlərimdə
qələmə aldığım
xarakterlər qadınlara
aiddir, ona görə ki, mən onları çox yaxşı tanıyıram. Qadının
səsi güclənməlidir,
ucalmalıdır. Biz qadın dünyasından çox az şey
bilirik. Ona görə də sadəcə yazaraq onları dünyaya tanıda bilərik. "Zirzəmi quşu" kitabımda bu haqda daha geniş
yazmışam", - deyə
o vurğulayıb.
Bildirilib ki, “Zirzəmi quşu” oxucular tərəfindən
böyük rəğbətlə
qarşılanıb. Əsər
ingilis, italyan, ispan, alman və
türk dillərinə
çevrilib.
Fəriba Vəfi
hazırda Almaniyada yaradıcı fəaliyyətlə
məşğuldur.
Sonra müəllif
oxucularla görüşüb,
onların suallarını
cavablandırıb.
Görüşdə imza sessiyası da keçirilib.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.15.