Xalq
artisti Firudin Məhərrəmovun yubileyi qeyd olunub
Sumqayıtda
yazıçı-dramaturq Hafiz Ataxanlının
“Altıncı hücrənin remarkası” kitabının təqdimatı
olub. Kitab Sumqayıt
Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti, iki dəfə
“Qızıl Dərviş”
mükafatı laureatı,
Prezident mükafatçısı
Firudin Məhərrəmovun
65 illik yubileyinə bir töhfədir.
AZƏRTAC xəbər verir ki, təqdimatda
şair, Əməkdar
mədəniyyət işçisi,
professor Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyinin
Sumqayıt bölməsinin
sədri Gülnarə
Cəmaləddin, Əməkdar
jurnalist Eyruz Məmmədov və başqaları Sumqayıtın
ədəbi və teatr mühitinin zənginliyindən, sənətə,
sənətkara həsr
olunmuş kitabın məziyyətlərindən danışıb,
yubilyara yaradıcılıq
uğurları arzulayıblar.
Sonra teatrın
tamaşa zalında yubiley tədbiri keçirilib. Teatrın truppasının musiqili təbrikindən sonra monitorda yubilyarın həyat və yaradıcılığı haqqında
videoçarx göstərilib.
Azərbaycan Teatr
Xadimləri İttifaqının
sədri, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, “Şöhrət” ordenli rejissor Cənnət Səlimova, Akademik Milli Dram Teatrının nümayəndəsi, Xalq artisti Sabir Məmmədov,
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi İftixar
Piriyev, Bakı Bələdiyyə Teatrının
baş rejissoru Mərahim Fərzəlibəyov,
truppa müdiri İsmayıl Atakişiyev,
Mingəçevir Dövlət
Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan və uzun illər Sumqayıt teatrında çalışmış Xalq
artisti Valeh Kərimov təbriklərini
çatdırıblar.
Eyni zamanda, qısa səhnələr
oynanılıb, maraqlı
musiqi nömrələri
ifa edilib.
Firudin Məhərrəmov
yubiley tədbirinin gerçəkləşməsində əməyi olan həmkarlarına təşəkkürünü
bildirib.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.15.