Ölkədəki
ictimai-siyasi vəziyyət
yenidən mürəkkəbləşməyə
doğru gedir
Ermənistanda keçmiş
hərbi xunta təmsilçilərinin təşkilatçılığı
ilə baş nazir Nikol Paşinyanın
əleyhinə etiraz aksiyalarına yenidən start verilib. Əsas məqsəd iqtidara qarşı
müqavimət və
itaətsizlik təşkil
etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc yolu ilə olsa belə
hakimiyyəti qəsb etməkdir. Burada əsas məqam da bu
yürüşə yenə
də erməni keşişin başçılıq
etməsidir.
Nikol Paşinyan
hakimiyyətdə qalmağa
çalışdığı bir vaxtda keşiş
Baqrat Qalstanyanın yenidən əsas fiqur kimi ortada
görünməsi mitinqlərin
məntiqi sonluğunun
heç də revanşistlərin arzuladığı
kimi olacağı ümidlərini doğrultmur.
O, yalnız dini
lider kimi deyil, həm də getdikcə müxalifət düşərgəsində
daha nüfuzlu siyasi oyunçu kimi tanınır. Bu fonda Qalstanyan
özünü Ermənistanın
gələcək lideri
kimi görür və Paşinyanı baş nazir postunda əvəz etməyi hədəfləyir.
Onun ritorikası "ənənəvi erməni
dəyərlərinin" bərpasına
və Ermənistanın
hərbi güc kimi yenidən dirçəlməsinə yönəlib.
Bu arada yenidən etirazlara başlayan Qalstanyan və tərəfdarları
Ermənistanın İctimai
Televiziyasına tərəf
üz tutmağa başlayıblar. Hərəkat
üzvləri onlara efir vaxtının verilməsini tələb edirlər. Qeyd ediblər ki, bu onların ilk tələbidir: "Bundan sonra hansı
addımları atacağımıza
qərar verəcəyik.
Bizi qarşıda çətin hadisələr
gözləyir. Ölkədə
hakimiyyət dəyişikliyi
əsas məqsəd deyil. Əsas odur ki, təkcə
emosiyalara deyil, həm də ağıla əsaslanan milli birlik yaradaq".
Erməni keşiş
Baqrat Qalstanyan deyib ki, "Müqəddəs mübarizə"
hərəkatı küçədə
bir nəfər qalana qədər davam edəcək: "Mən fiziki olaraq küçədəyəm.
Amma onlar (hakimiyyət - red) küçədə
doğulublar və ruhən orada qalıblar".
Keşiş Baqrat
açıq şəkildə
xalqı N.Paşinyanın
devrilməsinə çağırır,
onu Qarabağı və sərhədyanı
əraziləri təslim
etməkdə ittiham edir. Onun müraciətlərində
konstitusiya quruluşunun
bərpasına və
"şər hakimiyyətinə"
qarşı mübarizəyə
çağırışlar aydın görünür.
V.Qalstanyanın mitinqlərdəki
çıxışları da Ermənistanın siyasi həyatında diqqətçəkən hadisələrə
çevrilib. O, "müqəddəs
mübarizədə" qələbə
vəd edir və tərəfdarlarını
etiraz aksiyalarına toplayır. İlin əvvəlində mitinqlərə
30 min adam toplaşırdısa, oktyabrın
2-də Respublika meydanında cəmi 2 minə yaxın adam var idi. Bu
"Məlumatlı Vətəndaşlar
Birliyi" tərəfindən
aparılan aeroçəkilişlə
təsdiqlənib. Bu fakt Qalstanyanın ictimai dəstəyinin, onun gurultulu bəyanatlarına baxmayaraq,
zəifləməyə başladığını
göstərir.
Görünən
odur ki, Hayastanda daxili siyasi vəziyyət tədricən
mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə
sonu görünməyən
daxili siyasi böhrana qədəm qoyacaq.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.16.