COP29 iştirakçı ölkələr arasında konsepsusun yaradılmasına böyük töhvə verəcəkdir

 

 Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli məhsuldar söhbətlərin aparıldığını dedi. Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğuladı. Con Podesta dedi ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları digər məsələlər, xüsusilə yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirdi.

Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd etdi. COP29-un əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi. Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən az müddət olmasına baxmayaraq, onun yüksək səviyyədə təşkil olunması iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini dedi. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.

Söhbət zamanı Azərbaycan ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulandı. Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirildi.

Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırdı.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər müzakirə olundu.

 

Azərbaycan.-2024.- 10 oktyabr (№ 222).- S.2.