Azərbaycan
dünyanın qlobal tərəfdaşları arasında bir
körpüdür
Prezident
İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da
BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Amina Mohammed BMT Baş katibinin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş
etdi. Dövlətimizin
başçısı COP çərçivəsində
BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə
gözlədiyini dedi.
Qonaq ölkəmizdə
COP29-un təşkil olunması
işində Azərbaycan
Prezidentinin rəhbərliyini
yüksək qiymətləndirdi.
O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP
gündəliyinin irəli
aparılması üzrə
əməkdaşlıqdan məmnunluğunu
ifadə etdi, Azərbaycan nümayəndə
heyəti ilə yaxşı əməkdaşlığın
və əlaqələrin
olduğunu vurğuladı.
Amina Mohammed Gələcəyin Paktı
sənədinə Azərbaycanın
da qoşulmasını
və onu dəstəkləməsini yüksək
qiymətləndirdi. O, iqlim
dəyişikliyi ilə
Dayanıqlı İnkişaf
Məqsədləri arasında
birbaşa əlaqənin
olduğunu bildirərək,
Azərbaycanın Dayanıqlı
İnkişaf Məqsədlərinin
həyata keçirilməsində
əldə etdiyi nailiyyətləri vurğuladı.
BMT Baş katibinin
birinci müavini Azərbaycanın sədrlik
etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi
olacağına toxunaraq,
yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya
yeni məqsədlərin
qoyulacağına və
onun müəyyənləşdiriləcəyinə
ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı
COP-a hazırlıq prosesində
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası
(UNFCCC) və Təşkilatın
digər strukturları
ilə əməkdaşlıqdan
məmnunluğunu bildirdi.
Azərbaycan dövlətinin
uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın
qlobal iştirakçıları
arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını
ifadə etdi. Dövlətimizin başçısı
Azərbaycanın Qoşulmama
Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı,
Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata
keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq
haqqında sənədlər
imzalandığını vurğulayaraq
bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla
keçiriləcəyinə yaxşı əsas yaradır. Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun
əldə olunması
üçün səylər
göstərdiyini bildirdi.
Dövlətimizin başçısı
“troyka” formatına toxunaraq, Azərbaycanın
COP28-ə ev sahibliyi etmiş Birləşmiş
Ərəb Əmirlikləri
və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.
Görüşdə
COP29-un təşkili və ölkəmizin bu mötəbər
tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi
aparıldı. Bakıda COP-öncəsi keçirilən
tədbirin önəmi
qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin
müəyyən olunması
baxımından vacibliyi
vurğulandı.
Azərbaycan.-2024.-
10 oktyabr (№ 222).- S.2.