Azərbaycan
dünyanın qlobal tərəfdaşları arasında bir
körpüdür
Prezident
İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının beynəlxalq enerji və iqlim üzrə
naziri Keri Makkartini qəbul edib.
AZƏRTAC xəbər verir ki, COP29-un əhəmiyyətinə toxunan
Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın
bir ildən də az vaxtı
olmasına baxmayaraq, ölkəmizdə bu tədbirlə əlaqədar
yüksək səviyyədə
hazırlıq işlərinin
getdiyini bildirdi.
Azərbaycanın ölkələr
və beynəlxalq aləmin qlobal iştirakçıları arasında
körpü qurulması
işində fəal rol oynadığını
deyən dövlətimizin
başçısı vurğuladı
ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlıq
həyata keçirir və Qoşulmama Hərəkatına uğurla
sədrlik etmişdir.
Bütün bunlar da COP29-un təşkili üçün yaxşı
əsas yaradır.
Söhbət zamanı
Azərbaycanın və
Böyük Britaniyanın
COP komandaları arasında
əməkdaşlıqdan məmnunluq
ifadə olundu, Britaniya hökumətinin gündəliyində iqlim
dəyişməsinin prioritet
məsələ olduğu
bildirildi.
Görüşdə bərpaolunan enerji sahəsində ölkələrimiz
arasında əməkdaşlığın
perspektivləri, həmçinin
Azərbaycanın COP-un
gündəliyində duran
prioritetləri və təşəbbüsləri müzakirə
olundu.
Dövlətimizin başçısı
Azərbaycanın bərpaolunan
enerji istiqamətində
həyata keçirdiyi
tədbirlərə toxundu.
Ölkəmizin bərpaolunan
enerji potensialının
artması, Azərbaycan,
Gürcüstan, Rumıniya
və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək
kabel xətti üzrə dördtərəfli
layihə, həmçinin
Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan
enerji layihəsi barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı
COP29-un gündəliyinin müəyyən
edilməsi baxımından
Bakıda keçirilən
COP-öncəsi tədbirin
əhəmiyyətinə toxunuldu.
Azərbaycan.-2024.-
10 oktyabr (№ 222).- S.2.