Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25
dekabr tarixli 1760 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, № 12 (I kitab), maddə
2328 (Cild I); 2024, № 3, maddə
263) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının İpoteka
və Kredit Zəmanət Fondunun Nizamnaməsi"nin 6.2-ci bəndində
"980 700 000 (doqquz yüz
səksən milyon yeddi yüz min)" sözləri
"1 068 400 000 (bir milyard
altmış səkkiz
milyon dörd yüz min)" sözləri ilə əvəz edilsin.
2. Bu Fərmanın
1-ci hissəsinin icrası
"Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsi haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli
Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının 1.11.7.9.1-ci abzası
ilə Azərbaycan Respublikasının İpoteka
və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) nizamnamə kapitalının artırılması
(güzəştli ipoteka
kreditlərinin maliyyələşdirilməsi)
üçün 2024-cü ilin dövlət büdcəsindən fonda ayrılan 87 700 000 (səksən
yeddi milyon yeddi yüz min) manat hesabına
təmin edilsin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə
tutulan məbləğdə
maliyyələşməni təmin etsin.
4. Fond bu Fərmandan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
10 oktyabr (№ 222).- S.2.