Azərbaycan
Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti
ilə görüşüb
Müdafiə nazirinin
birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə
olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş
direktoru general-leytenant
Yanuş Adamçak ilə görüşüb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata
görə, general-polkovnik
K.Vəliyev NATO ilə
münasibətlərin cari
vəziyyətini yüksək
qiymətləndirib və
qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsinin
vacibliyini vurğulayıb.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Vətən müharibəsində qazanılan şanlı Qələbənin
tarixi əhəmiyyətindən danışan Baş Qərargah
rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu
tərəfindən beynəlxalq humanitar hüququn norma və
prinsiplərinə ciddi riayət olunduğunu və mülki əhalinin
hədəfə alınmadığını xüsusi qeyd
edib.
“Ölkəmiz azad
edilmiş ərazilərdə
bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə
fəaliyyətini sürətlə
davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı
nəticəsində yaranmış
mina terrorudur”, - deyə general-polkovnik K.Vəliyev bildirib. Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti
sərhədində cari
vəziyyət barədə
də ətraflı məlumatlandırılıb.
General-polkovnik K.Vəliyev
NATO-nun Əməliyyat
İmkanları Konsepsiyası
çərçivəsində bölmələrimizin hazırlığına
böyük töhfə
verildiyini bildirərək,
əməkdaşlığımızın
bundan sonra da davam etdirilməsinin
zəruriliyini diqqətə
çatdırıb.
Baş Qərargah
rəisi şərti sərhədin Ermənistan
ərazisində Avropa
İttifaqının müşahidəçi
missiyasının yerləşdirilməsi,
habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə
Fransanın Ermənistanı
silahlandırmasının orada
revanşist qüvvələrin
baş qaldırmasına,
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması
və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
General-leytenant Y.Adamçak
ölkəmizə səfərindən
məmnunluğunu ifadə
edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə
tərəfdaşlıq çərçivəsində
bütün sahələrdə
fəaliyyətini yüksək
qiymətləndirib, o cümlədən
Əfqanıstandakı “Qətiyyətli
dəstək” qeyri-döyüş
və digər sülhməramlı missiyalarda
verdiyi töhfəyə
görə minnətdarlığını
bildirib.
Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq,
regional təhlükəsizlik
və digər məsələlər müzakirə
edilib.
Səfər çərçivəsində
NATO nümayəndə heyəti
Şəhidlər xiyabanını
ziyarət edərək,
ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canlarını fəda
etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi
şəhidlərinin xatirəsini
dərin hörmət
və ehtiramla yad edib.
Qonaqlar, həmçinin
Hərbi Qənimətlər
Parkında olub, Vətən müharibəsi
zamanı düşməndən
qənimət götürülmüş
atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.
Ölkəmizdə
olduğu müddətdə NATO nümayəndə heyəti
Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi
Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət
edib.
Azərbaycan.-2024.-
10 oktyabr (№ 222).- S.2.