Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmişƏmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

 

¹ 448

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1133-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 4, maddə 421 (Cild I); 2024, ¹ 1, maddə 98, ¹ 3, maddə 301; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 331 nömrəli Qərarı) ilə təsdiq edilmişƏmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.2-ci yarımbənd üzrə:

1.1. “8.2-ci” sözləri “8.1-ci” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü abzas aşağıdakı redaksiyada verilsin:

“3. övladlığa götürənlərə münasibətdə valideynlərini itirmiş ya valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının, qəyyumlara münasibətdə valideynlərini itirmiş ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq müəyyən edilməsi barədə müvafiq qərarın surəti;”.

2. 2.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.3. Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci 2.2.2-ci yarımbəndlərində nəzərdə tutulanlara əlavə olaraq:

1. qadın valideynlik hüququndan məhrum edildiyi ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;

2. qadının ölüm haqqında şəhadətnaməsinin surəti;”.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Azərbaycan.-2024.- 10 oktyabr (¹ 222).- S.3.