COP29 Yaşıl
Zona üzrə media akkreditasiyası portalı istifadəyə
verilib
COP29 Azərbaycan Əməliyyat
Şirkəti COP29 iqlim
konfransı çərçivəsində
fəaliyyət göstərəcək
Yaşıl Zona üzrə media akkreditasiya portalını
istifadəyə verib.
Bu ilin 11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi COP29
iqlim konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən
təşkil və idarə ediləcək, iqlim dəyişmələrinə
qarşı mübarizə
üzrə innovasiyalar
və potensial həllər üzrə dinamik mərkəz olacaq Yaşıl Zonaya media nümayəndələrinin
akkreditasiyası açıq
elan edilib. Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə 9 oktyabr tarixindən etibarən fəaliyyət göstərir,
son qeydiyyat tarixi isə 30 oktyabr, saat 23:00 (GMT+4) olaraq təyin edilib.
BMT-nin İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyası
tərəfindən idarə
edilən, rəsmi görüş və danışıqların məkanı
olan Mavi Zona ilə yanaşı
Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət
və özəl sektor, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti
və Mavi Zona nümayəndələrini
də əhatə edən geniş iştirakçı auditoriyasına
malik olmaqla iqlim konfransının işıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təmin edəcək. Belə ki, Yaşıl
Zona üzrə akkreditasiyadan keçən
jurnalistlər bir sıra müxtəlif tədbirlərə qatılmaq,
iqlim fəaliyyətində
aktiv iştirak edən qurum, şirkət və simalarla birbaşa əlaqə yaradaraq eksklüziv kontentlə çıxış etmək
imkanı qazanacaqlar.
Akkreditə olunmuş
media nümayəndələri,
həmçinin Yaşıl
Zonada media fəaliyyətinin operativ və səmərəli təşkili üçün
müvafiq infrastruktur və texniki imkanlardan yararlana biləcəklər.
Qeyd edək ki, media akkreditasiyası
Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan
ölkələrdə media
təşkilatı kimi
qeydiyyatdan keçmiş
rəsmi və etibarlı media qurumunu təmsil edən media nümayəndələri üçün
nəzərdə tutulub.
Yerli media nümayəndələri, həmçinin
Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin reyestrində
qeydiyyatda olmalıdırlar.
COP29
Yaşıl Zona üzrə media akkreditasiyası prosesi ilə
bağlı tələblər və digər ətraflı məlumatın
əldə edilməsi üçün COP29 rəsmi
veb-saytında mövcud müvafiq bölməyə keçid
edilə bilər. Akkreditasiya müraciətləri ilə
bağlı əlavə
dəstək və ya sorğularla bağlı mediaaccreditation@cop29.az elektron ünvanı vasitəsilə ilə əlaqə saxlanılması
xahiş olunur.
Azərbaycan.-2024.-
10 oktyabr (№ 222).- S.4.