Mariya
Zaxarova COP29 ərəfəsində
ABŞ-ın Azərbaycana
təzyiqini “klassik taktika” adlandırıb
Qərb ölkələri
iqlim dəyişmələri
mövzusundan siyasi rıçaq kimi istifadə edirlər, lakin Azərbaycana təzyiq etmək əbəsdir.
AZƏRTAC xəbər verir ki, bu
barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi
nümayəndəsi Mariya
Zaxarova Moskvada keçirilən brifinqdə
bildirib.
Onun sözlərinə
görə, hər il BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
növbəti Tərəflər
Konfransı ərəfəsində
Vaşinqton sədrlik
edən dövlətə
təzyiqi artırır.
“Bu, klassik taktikadır. Biz bunu 2022-ci ildə Şarm Əl-Şeyxdəki
Tərəflər Konfransı
ərəfəsində müşahidə
etmişik. Həmin vəziyyət keçən
il Dubayda da baş vermişdi.
İndi biz uydurma bəhanə ilə Azərbaycana təzyiqin necə artdığını müşahidə
edirik”, - deyə diplomat qeyd edib.
“Azərbaycana təzyiq
etmək əbəsdir.
Müxtəlif məsələlərlə
bağlı Azərbaycana
dəfələrlə təzyiqlər
göstərilib. Söhbət
təkcə suveren dövlətlərə təzyiqin
yolverilməzliyi ilə
bağlı prinsipial mövqedən getmir, həm də ondan gedir ki,
bu mövzu real olaraq mütəxəssislərin
cəlb olunmasını
tələb edir. Bu, ABŞ-ın sadəcə olaraq özünə faydalı
olan bir qərarı qəbul etdirmək məqsədilə
hər kəsin başına vuracağı
növbəti bir siyasi “dəyənək” olmamalıdır. Ortaya atılmış bu cür xəbərlərdən
iqlim dəyişmələri
ilə bağlı populyar mövzu ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi
bildirib.
Zaxarovanın fikrincə,
reallıqda ABŞ və
Qərb ölkələri
iqlimin maliyyələşdirilməsi
sahəsində yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, həmçinin
beynəlxalq karbon vahidləri bazarının
yaradılması məsələsi
üzrə konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər.
Azərbaycan.-2024.-
10 oktyabr (¹ 222).- S.4.