Evin qara əməlləri

 

 

"Ölkəmizdə keçirilən hər növbəti böyük beynəlxalq tədbir ərəfəsində antiazərbaycançı qüvvələrin qarayaxma kampaniyası aparması, şər böhtanlarla çıxış etməsi artıq ənənə halını alıb. ABŞ-nin COP29 ərəfəsində bu destruktiv davranışı isə iqlim konfransını siyasiləşdirmək cəhdidir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, ən çox müharibələr aparan, ən çox neft istehsal edən, ekologiyanı ən çox çirkləndirən ABŞ bəzi Qərb ölkələri iqlim maliyyəsi ilə bağlı xərcləri artırmaq əvəzinə diqqəti tamam başqa istiqamətə yönəldirlər. Belə ki, onlar Azərbaycanla təzyiq təhdid dili ilə danışmağa çalışaraq ölkəmizi "etnik təmizləmə"də ittiham edirlər. Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü suverenliyini tam bərpa edib. Ölkəmizin öz suverenliyini tam bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli hücumları Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq cəhdidir. Ölkəmiz tarixi qələbəsindən sonra böyük logistik imkanları vasitəsilə yeni imkanlar təqdim edir.  "Azərbaycan "yaşıl enerji" digər enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Bütün bu proseslərə rəğmən ABŞ Fransa Ermənistanı hücum silahları ilə silahlandırır. Onlar Cənubi Qafqazı Ermənistan vasitəsilə təsir altına salmaq istəyirlər", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, COP29 yaxınlaşdıqca məlum məkrli qüvvələr "insan hüquqları" bəhanəsi ilə ölkəmizə qarşı hücumlarını intensivləşdiriblər. Azərbaycana qarşı qərəzli münasibəti ilə tanınan, ermənipərəst mövqelərini gizlətməyən bəzi beynəlxalq qurumlar, xüsusilə erməni lobbisi ilə sıx işbirliyində olan "Freedom House", "Human Rights Watch" digərləri COP29 ərəfəsində ölkəmizə qarşı apardıqları ləkələmə kampaniyasının miqyasını daha da genişləndiriblər.  Erməni lobbisinin çirkli pulları ilə bəslənən bu cür qərəzli təşkilatlar "insan haqları", "demokratiya", "vətəndaş cəmiyyəti" məfhumlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan bütün addımlarını beynəlxalq qanunlar çərçivəsində atıb, ona görə bu gün heç kimin bizdən nəyinsə hesabını sormağa haqqı yoxdur: "Əgər kimsə hesabat verməlidirsə, bu, erməni lobbisinin marionet kuklalarına çevrilmiş fransız senatorlar, rüşvətxor holland deputatlar, Avropa Parlamentinin ədalət hissini itirmiş parlamentariləridir. Çünki Azərbaycanın illər boyu əziyyətini çəkdiyi keçmiş Qarabağ münaqişəsinin mövcudluğunda, Cənubi Qafqazda bu gün sülhün bərqərar olmamasında Ermənistan qədər onlar da günahkardırlar. Öz maraqlarını regionun dinc gələcəyindən üstün tutan riyakarlar bizdən, ümumiyyətlə, heç tələb edə bilməzlər. Onların parlamentlərinin, senatlarının qəbul etdiyi qətnamələr isə bizim üçün heç nəyə yaramayan kağız parçalarından başqa bir şey deyil".

K.Bayramov əlavə edib ki, Azərbaycan COP29-un timsalında bütün planeti narahat edən məsələlərin müzakirəsinə evsahibliyi etməyə hazırlaşır. Hazırda iqlim dəyişikliyi elə problemlər yaradıb ki,  dünya ölkələri vahid mövqedən çıxış etməli, bunun həll yollarını tapmaqda maraqlı olmalıdırlar. Əsasən , ABŞ dünyanın super gücü kimi bu məsələdə öndə getməli, təşəbbüskarlıq göstərməlidir. COP-un gündəliyi olduqca aktual məsələlərlə zəngindir.

 

Əsmər QABİLQIZI,

Azərbaycan.-2024.- 10 oktyabr (№ 222).- S.6.