Fəaliyyətsiz
Minsk qrupunun qalıqlarına süni nəfəs vermək əbəsdir
Bu gün Azərbaycan regionun əsas siyasi və iqtisadi güc mərkəzinə
çevrilib. Dünyada
baş verən geosiyasi dəyişikliklər
fonunda dövlətimizin
başçısı Azərbaycanı
bu qarşıdurmalardan
kənarda saxlamağı
bacarıb. Ermənistandan
fərqli olaraq, dövlətimiz öz milli təhlükəsizliyini
təmin etməkdədir.
Vətən müharibəsi
təkcə işğalçı
üzərində qələbə
deyildi. O, həm də işğalçını
həvəsləndirən bəzi
siyasi liderlərin məğlubiyyəti idi. Bu, Ermənistanla bərabər, bir sıra Qərb liderlərinin Azərbaycan
Prezidentinə şəxsi
məğlubiyyəti idi.
Bunu AZƏRTAC-a açıqlamasında
COP29-un Təşkilat Komitəsinin
üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
ABŞ Senatının 60 nümayəndəsinin dövlət
katibi Entoni Blinkenə müraciətini
Birləşmiş Ştatların
ölkəmizə növbəti
təzyiq cəhdi adlandıran deputat əlavə edib: "Məktubda qeyd olunduğu kimi - COP29 kimi mötəbər tədbir bir fürsət kimi istifadə edilib. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan
ABŞ öz ölkəsində
insan hüquqlarının
boğulan səsindən
niyə danışmır?
ABŞ-nin faktiki siyasi məhbusu olan Culian Assanj
illərlə qeyri-insani
işgəncələrə məruz qalıb. Azərbaycanı siyasi məhbuslarla bağlı ittiham edən ABŞ hökuməti özü söz və məlumat azadlığına
hücum edərək
jurnalist Culian Assanjın bir sıra absurd ittihamlarla həbsinə nail olub. İsveçdə
həbs olunan Assanjın ABŞ-yə ekstradisiya olunmasına çalışıb. Assanj
2012-2019-cu illər arasında
Ekvador səfirliyində
təcrid şəraitində
yaşamaq məcburiyyətində
qalıb. Onun fiziki və psixoloji sağlamlığına
ciddi ziyan vurulub. Beynəlxalq hüquq müdafiəçiləri
bu təcrid şəraitini qeyri-insani hesab edirlər. Ona "psixoloji işgəncə" verilib.
ABŞ Assanjı "Casusluq
Aktı" ilə ittiham edir və
onu 175 ilədək həbs cəzası gözləyir. Bir çox insan haqları və jurnalistika təşkilatları
bu ittihamların söz azadlığını
boğmağa xidmət
etdiyini bildirir. BMT-nin xüsusi məruzəçiləri Culian
Assanjın məruz qaldığı rəftarın
qeyri-insani olduğunu və onun siyasi
məqsədlərlə təqib
edildiyini bildirirlər.
İnsan hüquqlarını
kobud şəkildə
pozan və azad mətbuatı susduran ABŞ digər ölkələrin daxili işinə qarışır,
müharibə cinayətkarlarının,
soyqırımı törədənlərin,
etnik təmizləmə
aparanların, insanlığa
zidd əməllər
törədən canilərin
azad olunmasına çağırışmı edir?"
Qarabağ məsələsinin
çoxdan həll edildiyini söyləyən
Pərvanə Vəliyeva
qeyd edib ki, fəaliyyətsiz Minsk qrupunun qalıqlarına süni nəfəs vermək nəticəsiz qalacaq. Vətən müharibəsindən
sonra Paşinyan hesab etdi ki,
Ermənistana yeni qarant qüvvə lazımdı və bu vaxta qədər
Ermənistan hökumətinin
həyata keçirdiyi
siyasət artıq işləmir. Ona görə də Fransa və ABŞ fərqli ampluada Ermənistanla Azərbaycan
məsələsini yenidən
gündəmə gətirmək
istəyirlər. Prezident
İlham Əliyevin vurğuladığı kimi,
Azərbaycana heç
kəs heç nəyi diktə edə bilməz. Ölkəmiz tarixin sınaqlarından üzüağ
çıxdığı kimi, Qərbin Ermənistanı gücləndirməsi
sınağından da
qalib kimi çıxacaq.
"Milli Məclisin
43 deputatı ilə birgə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova müraciət edib ABŞ-lə ölkəmiz arasında münasibətləri
yenidən nəzərdən
keçirməyi xahiş
etmişik. Dövlətimiz
öz daxili imkanları hesabına güclənmək potensialına
malikdir və bizim Qərbin məqsədli dəstəyinə
ehtiyacımız yoxdur.
Uduzan Azərbaycan ictimaiyyətinin gözündə
nüfuzuna ciddi ziyan dəyən Qərb olacaq", - deyə Milli Məclisin deputatı vurğulayıb.
Azərbaycan.-2024.-
10 oktyabr (№ 222).- S.6.