Vaşinqtonun hərəkətləri cavabsız qalmayacaq

 

 

"Azərbaycan heç vaxt indiki qədər güclü nüfuzlu olmayıb. Faktlara dayanaraq deyə bilərik ki, ən azından İkinci Dünya müharibəsindən bu yana  ABŞ indiki qədər zəif nüfuzsuz olmayıb. Bir sıra hallarda bu bütövlükdə baş verən geosiyasi proseslərlə əlaqəli olsa da, digər hallarda məhz bu ölkənin rəhbərliyində kimlərin təmsil olunması ilə bağlıdır".

Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında bildirib ki,  Bayden Administrasiyası ABŞ-nin indiki Departament rəhbərliyi qədər ölkəsinin xüsusilə Cənubi Qafqazla bağlı maraqlarına zərbə vuran ikinci rəhbərlik olmayıb. Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığında, eləcə digər Amerika rəsmiləri dövlətimizin başçısı ilə görüşlərində ölkələrinin COP29-un Azərbaycanda keçirilməsini dəstəklədiklərini hər cür yardım etməyə hazır olduqlarını bildiriblər. İndi isə tam əks mövqe sərgiləyirlər. " baş verdi? O oldu ki, Azərbaycan onların təzyiqlərinə boyun əyərək, zorla sırımaq istədikləri yarımçıq sülh müqaviləsini imzalamaq istəmir. Bu, sadəcə, yarımçıq sülh sazişi deyil, həm elə bir sənəddir ki, Amerika regionda qarşıdurmanın qalmasında maraqlı olan digərləri bu anlaşma ilə Azərbaycanın əl-qolunu bağlamaq Ermənistanı növbəti qarşıdurmaya hazırlamaq istəyirlər. Bununla çalışırlar ki, Azərbaycan onların Ermənistanı dırnaqdan başacan silahlandırmasına etiraz edə bilməsin. Amma bunu görə bilməyəcəklər", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, indiyə qədərki təzyiqləri necə nəticə verməyibsə, budəfəki belə olacaq.

S.Aliyevin fikrincə, Azərbaycan ABŞ-nin bu cür destruktiv təxribatçı hərəkətlərini cavabsız buraxmayacaq. Asimmetrik olsa bu davranışlara mütləq cavab veriləcək.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 10 oktyabr (№ 222).- S.6.