ABŞ regionda yeni müharibənin alovlanmasını istəyir

 

 

"Prezident İlham Əliyev dövlət rəhbəri kimi fəaliyyətinin bütün dövrlərində sülhün, demokratiyanın, insan azadlığının, dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verib bu siyasət uğurla davam etdirilir. Beynəlxalq əhəmiyyətli mədəni, humanitar, iqtisadi, siyasi tədbirlərin Azərbaycanda keçirilməsi, rəhbərimizin sülh çağırışları, siyasi gedişlər bunu sübut edir".

Bu fikirləri söyləyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, ölkəmiz torpaqlarının uzun illər Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, münaqişənin danışıqlar yolu ilə həll edilməsinə çalışıb. Ancaq Hayastan rəhbərliyi havadarları buna əhəmiyyət vermədikdə Azərbaycan hərb yolunu qaçılmaz hesab edib. 44 günlük müharibə 23 saatlıq antiterror tədbirləri nəticəsində düşmənin başı əzilib, Qarabağ erməni separatçılarından azad edilib. "İndi işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, abadlıq, quruculuq işləri həyata keçirilir, erməni təcavüzkarlarının viran qoyduqları şəhər kəndlərimiz, tarixi, dini, mədəni abidələrimiz bərpa edilir, insanlar öz ata-baba torpaqlarına qayıdırlar. Dünya Azərbaycanda həyata keçirilən tədbirləri görür, sülhsevər dövlətlər uğurlarımızı qiymətləndirir, beynəlxalq əməkdaşlığa, sülhə dəstək verirlər. Ancaq bu uğurları gözü götürməyən, sülh, azadlıq çağırışlarına kölgə salmağa çalışan, təcavüzkar Ermənistanı müdafiə edən, onu silahlandıran ABŞ, Fransa, Hindistan kimi ölkələr Avropa İttifaqı, AŞPA kimi təşkilatlar beynəlxalq normalara tamamilə zidd olaraq ölkəmizə qarşı aqressiv mövqe nümayiş etdirir, öz məkrli əməlləri ilə qələbələrimizə kölgə salmağa çalışırlar. ABŞ rəsmiləri bu dövlətin konqresi isə bu sahədə nümunədir", - deyə o əlavə edib.

T.Rzayev qeyd edib ki Azərbaycan ABŞ ilə münasibətlərin yaxşılaşdırılmasına daim böyük önəm verib. Ancaq Amerikanın bəzi rəsmiləri, bir çox konqres üzvləri bu münasibətlərə xələl gətirir, dövlətimizə qarşı qərəzçilik edirlər. Bu günlərdə konqresin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı məktub bunu bir daha təsdiqləyir. Bu məktub Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyinə qarşı yönəlib bölgədə gərginliyi artırmağa xidmət edir. Açıq-aydın görünür ki, konqresin üzvləri Ermənistanın mövqeyindən çıxış edir, reallıqları gizlədir, təcavüzkarların maraqlarını güdür, beynəlxalq hüququ pozan məsələləri, hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin azad edilməsini, sanksiya tətbiq olunmasını, etnik təmizləmə məsələsini gündəmə gətirirlər.

Komitə sədri vurğulayıb ki, bu fikirlər, yalan mülahizələr Ermənistanın oynadığı ikibaşlı oyunların, onun havadarlarının diktələrinin, erməni lobbisinin canfəşanlığının nəticəsidir: "Nikol Paşinyan Fransanın, ABŞ-dəki tərəfdarlarının vədlərinə uyaraq gah sülhdən, gah müharibədən, gah da sanksiyalardan, Azərbaycana təsirlərdən danışır. Onun sözü ilə əməli heç vaxt üst-üstə düşmür. Məhz buna görə cənab İlham Əliyev bildirib ki, Ermənistan təhlükəli oyunlara qoşulub İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Təəssüflər olsun ki, bu oyunda ABŞ rəsmiləri Ermənistanın yanındadırlar. Konqresin tutduğu mövqe ABŞ ilə regionda mühüm müttəfiq olan Azərbaycan arasında münasibətlərin korlanmasına, Cənubi Qafqazda sabitliyin pozulmasına, müharibənin yenidən alovlanmasına, qarşıdurmanın kəskinləşməsinə, sülh müqaviləsinin bağlanmasının qarşısının alınmasına, kütləvi insan tələfatına səbəb ola bilər. Konqres üzvlərinin tutduqları yol ayrı-seçkilik, həqiqətləri tam təhrif etmək, Ermənistanı silahlandırmaq, təcavüzü dəstəkləmək yoludur ki, bu da ciddi narahatlıq doğurur. Ermənistanın geosiyasi şantaj  siyasətinin bir hissəsi olan bu mövqe ABŞ-nin sülh, demokratiya çağırışlarına tamamilə ziddir dövlətimizə qarşı xəyanətdir".

Komitə sədri bildirib ki, otuz il Azərbaycan torpaqlarını işğal altında saxlayan, şəhər kəndlərimizi, dini-tarixi, mədəni abidələrimizi məhv edən, beynəlxalq hüququn bütün norma prinsiplərini pozan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistanın belə müdafiə edilməsi, Azərbaycanın günahkar kimi təqdim edilməsi ədalətsizlik, əsl düşmənçilikdir.

T.Rzayev deputat həmkarlarının bu məkrli siyasətə qarşı çıxmalarını xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlamalarını təbii, düzgün addım hesab edir. Bu, tək deputatların etirazının ifadəsi deyil, bütün xalqın fikridir. ABŞ Konqresi rəsmi dairələri Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməklə, haqqı-ədaləti dəstəkləməklə ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasına nail ola bilər ki, bu da hər iki dövlətin milli maraqlarının təmin olunması baxımından çox vacib əhəmiyyətlidir.

"Ermənistanın silahlandırılması, revanş cəhdləri erməni xalqını uçuruma aparır, bu dövlətin varlığını şübhə altına qoyur. ABŞ Ermənistan bunu dərk etməli, müharibənin dərslərindən nəticə çıxarmalıdırlar", - deyə komitə sədri əlavə edib. 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 10 oktyabr (№ 222).- S.6.