COP29-a aparan yol

 

Azərbaycanın enerji keçidi siyasəti beynəlxalq təşkilatların hesabatlarında uğurlu göstəricilərlə əks olunub

 

Birləşmiş Millətlər Təşkilatının qlobal iqlim dəyişmələrinə aid çərçivə konvensiyası ilə əlaqədar keçiriləcək COP29 forumunun açılışına bir aya yaxın zaman qalır. Bu möhtəşəm beynəlxalq konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Bu tədbirin ölkəmizdə keçirilməsinə həsr olunmuş 15 dekabr 2023-ci ildə keçirilən toplantıda Prezident İlham Əliyev qeyd etmişdi: "Azərbaycana növbəti dəfə böyük etimad böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq".

Azərbaycana göstərilən etimad böyük hörmətin əsasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi Prezident İlham Əliyev tərəfindən tam yeni çox yüksək səviyyəyə qaldırılmış innovativ dövlət idarəçiliyi durur. Ümumiyyətlə, uğurlu innovativ dövlət idarəçilik texnologiyalarının tətbiqi son illərdə əldə edilmiş bir çox tarixi nailiyyətləri şərtləndirib. Bunların arasında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazilərinin işğaldan azad edilməsi nəticə etibarilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi, 24 saatdan qısa zaman kəsiyində ölkənin bütün ərazisində suverenliyin bərpası, azad olunmuş ərazilərin iqtisadi, sosial, humanitar, ekoloji demoqrafik reabilitasiyası xüsusi yer tutur bu təcrübənin qlobal səviyyədə öyrənilməsi artıq bir qayda halını alıb daim davam edəcək.

COP29-a evsahibliyi üçün Bakının seçilməsi ölkədə keçirilən uğurlu siyasətin, bu sahədə ardıcıl fəaliyyətin nəticəsidir. Bu siyasətin bir istiqaməti gələcəyi görmək, davamlı inkişaf sahəsində düzgün proqnozlar vermək onların əsasında uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsidir. Bu strategiya çərçivəsində Azərbaycanda COP29-a aparan yolun ilk əsas addımları 20 il öncə atıldı. Buna misal olaraq Prezident İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli 462 nömrəli sərəncamını göstərmək olar. Həmin sərəncamla Azərbaycan Respublikasında alternativ bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramı təsdiq edildi. Hadisə 2004-cü ildə, Prezident İlham Əliyevin dövlət başçısı vəzifəsinə seçildiyi ilk illərdə baş vermişdi. Dünya Bankının məlumatına əsasən, hazırda ölkədə yoxsulluq 5 faiz səviyyəsində olduğu halda, o zaman 2004-cü ildə yoxsulluq 35 faiz təşkil edirdi. Ölkədə bir milyona yaxın qaçqın məcburi köçkün var idi onların məskunlaşma yaşam şəraiti o zaman çox çətin durumda idi. Ölkənin 20 faizi işğal altındaydı onları azad etmək üçün hərbi quruculuq həyatı bir məsələ idi. Bütün bunlar üçün iqtisadi bazanın yaradılması, onun bu gun müşahidə edilən hərbi qüdrətə yüksək sosial rifaha çevrilməsi gündəmdə olan əsas məsələlərdən idi. Belə bir şəraitdə, Prezident İlham Əliyevin alternativ bərpaolunan enerji ilə məşğul olması onun prosesin aktuallığını vahid kompleks şəklində görməsindən irəli gəlirdi.

O zaman Azərbaycan kifayət dərəcədə enerji ilə təmin olunmuşdu və dünyada neft və qaz ixracatçısı kimi tanınırdı. Bu, o deməkdir ki, bərpaolunan enerjiyə keçid istiqamətində atılan bu ilk addımlar məcburiyyət, ölkədə enerji mənbələrinin məhdudluğu ilə bağlı deyildi. 20 il bundan əvvəl dövlət başçısı İlham Əliyev iqlim dəyişmələrinin qarşısının alınmasının, inkişafın davamlılığının, ənənəvi enerji mənbələrindən bərpa olunanlara keçidin dünya prioritetinə çevriləcəyini görürdü. Bütün bunlar Prezident İlham Əliyevin çox vacib bir istedadının təsdiqi sayıla bilər: qlobal miqyasda düşünmək lokal səviyyədə qabaqlayıcı fəaliyyət göstərmək.

İqlim dəyişmələrinin qarşısının alınması inkişafın davamlılığının təmin edilməsi üçün ən əhəmiyyətli olan enerji keçidi istiqamətində fəaliyyət sonrakı illərdə Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Onun 2009-cu il 16 iyul tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Sənaye Energetika Nazirliyində xüsusi Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradıldı, bu istiqamətin inkişafı üçün ölkədə bir sıra qərarlar qəbul edildi tədbirlər həyata keçirildi.

Davamlı inkişafın təmin edilməsi, qlobal iqlim dəyişmələrinin qarşısının alınması üçün aktual olan bərpaolunan enerji məsələləri növbəti illərdə Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Nazirlər Kabinetinin 2013-cü il sosial-iqtisadi inkişafın yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində Prezident qeyd etmişdir: "Günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir. Bu imkanlardan istifadə etməmək, əlbəttə ki, böyük səhv olardı".

Davamlı enerji mənbələrinə keçidin uğurla reallaşdırılması üçün ölkədə kadr potensialının formalaşmasına xüsusi əhəmiyyət verilirdi. Prezident İlham Əliyev 2003-cü ildə Dünya Sammitində çıxış edərkən "Qara qızılın insan qızılına" çevrilməsi prosesinin ölkənin əsas inkişaf strategiyası kimi müəyyənləşdirildiyini qeyd etmişdi. Neft qazın ixracından əldə olunan gəlirlərin insan potensialının inkişafına, onun iqtisadiyyatda insan kapitalına çevrilməsinə yatırılması nəzərdə tutulurdu bu istiqamətdə fəaliyyət uğurla həyata keçirilirdi. Bu strategiya çərçivəsində 2015-ci ilin iyun ayında, yəni davamlı inkişafı dünya prioriteti elan edən BMT-nin 2015-ci ilin sentyabrındakı 70-ci yubiley sessiyasından daha qabaq Azərbaycanda dünyada ilk dəfə tədrisə bakalavr, magistr, fəlsəfə elmlər doktoru səviyyəsində inklüziv cəmiyyətin formalaşması üçün əhəmiyyətli olan yeni ixtisas - "davamlı inkişafın idarə edilməsi" daxil edildi. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü şəxsi diqqəti ilə Azərbaycanda fəaliyyət göstərən dünyanın ilk "İnklüziv inkişaf mərkəzləri" inkişafın davamlı olması bu sahədə insan potensialının formalaşması üçün misilsiz töhfə oldu.

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasına görə, Azərbaycan Respublikası bir çox istiqamətlərdə, o cümlədən enerji keçidi strategiyası sahəsində dünya lideridir. Bunu Dünya İqtisadi Forumunun 9 dekabr 2023-cü il 17 iyul 2024-cü il Cenevrədə dərc edilən hesabatları da təsdiq edir. Bu təşkilatın hesabatına əsasən, Azərbaycanın Enerji Keçidi İndeksi 62-yə bərabərdir. Ölkəmiz bu göstəriciyə görə dünyada 32-ci yerdədir bir çox iqtisadiyyatda yüksək nəticələr əldə etmiş ölkələri geridə qoyub. Bu ölkələr arasında İtaliya, Belçika, Çexiya, Polşa Yunanıstanı göstərmək olar (Şəkil 1).

Qeyd edilməlidir ki, Azərbaycandan Enerji Keçidi İndeksi daha az olan şəkil 1-də təqdim edilmiş bütün ölkələr Avropa İttifaqının üzvləridir. Bütün bu ölkələr dünyanın 38 ən zəngin ölkələrini birləşdirən İqtisadi İnkişaf Əməkdaşlıq Təşkilatının üzvləridir. Üstəlik, İtaliya eyni zamanda G 7 ("böyük yeddilik") qrupuna daxil olan ölkədir. Azərbaycan Respublikasının enerji keçidi sahəsində belə yüksək nəticə qazanması bu göstəriciyə görə iqtisadiyyatda daha yüksək nəticələr qazanmış ölkələrlə bir cərgədə olması Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən davamlı inkişaf strategiyasının nəticəsidir.

Enerji keçidinin idarə edilməsi, bu sahədə ehtiyatların optimal təşkili sahəsində Azərbaycan Respublikası dünya lideridir. Şəkil 2 şəkil 3-də təqdim olunmuş məlumatların müqayisəsi bunu göstərir. Şəkillərdə təqdim olunmuş məlumatlar Dünya İqtisadi Forumu Dünya Bankı tərəfindən 2023-cü 2024-cü illərə aid hesablanmışdır.

Şəkil 2-də enerji keçidi indeksinə görə Azərbaycandan daha yüksək göstəricilərə malik olan 6 ölkə haqqında məlumatlar təqdim olunub. Şəkildən göründüyü kimi, bütün bu ölkələr Azərbaycan ilə müqayisədə enerji keçidi sahəsində daha yüksək nəticələr qazanıblar. Bu sahədə dünya birincisi olan İsveçin Enerji Keçidi İndeksi Azərbaycan Respublikasından 21 faiz yüksəkdir.

Dövlət idarəçiliyində qazanılan hər hansı uğur yalnız əldə edilən nəticə ilə yox, eyni zamanda həmin nəticənin hansı xərclər hesabına əldə edilməsi ilə ölçülür. Bu eyni zamanda idarəetmənin dərəcədə elmi texnoloji baxımdan mükəmməl olduğunu göstərir. Bu sahədə sadə bir qayda işləyir: əgər nisbətən məhdud vəsaitin istifadəsi ilə yüksək nəticə qazanılırsa, bu daha mükəmməl idarəetmə texnologiyalarının istifadəsindən, prosesin əsasında müasir elmin texnologiyaların olmasından xəbər verir. Şəkil 3-də qlobal iqlim dəyişmələrinin qarşısının tam alınması ya təsirlərin yumşadılmasında əhəmiyyətli olan enerji keçidinin iqtisadi səmərəliliyi haqqında məlumatlar təqdim olunub. Məlumatlar Dünya Bankı Dünya İqtisadi Forumu tərəfindən 2023-cü ilin sonu 2024-cü ildə dərc edilib.

Şəkil 3-də təqdim olunmuş məlumatlar göstərir ki, müqayisə edilən ölkələr arasında Enerji Keçidi İndeksinin formalaşması üçün maddi resursları ən optimal idarə edən Azərbaycan Respublikasıdır. Qlobal iqlim dəyişmələri kimi çağırışa cavab olan enerji transformasiyası üçün vəsaitləri ən səmərəli istifadə edən bizim ölkədir. Azərbaycanın enerji keçidi indeksinin hər vahidinə sərf etdiyi maliyyə resursları ölkəmizə ən yaxın olan Çilidən 29 faiz azdır. Bu sahədə dünya birincisi olan İsveç enerji keçidi indeksinin hər vahidinin formalaşmasına Azərbaycandan iki dəfə çox vəsait sərf edir.

Davamlı inkişaf naminə enerji keçidinin Azərbaycanda yüksək səviyyədə olması dünyada ilk dəfə Prezident İlham Əliyevin işlədiyi tam yeni dövlət idarəçilik texnologiyaları kompleksinin tətbiqinin nəticəsidir. Bu sinergetik, komplementar, kompensasion, komplimentar (komplementar ilə eyni deyil), rezonans texnologiyalar kompleksidir dövlət idarəçiliyində səmərəliliyi əhəmiyyətli dərəcədə yüksəltmək imkanı yaradır. Bu texnologiyalar öz səmərəliliyini bir çox istiqamətlərdə, o cümlədən davamlı inklüziv inkişaf sahəsində göstərmişdir. Beynəlxalq statistikaya görə, Azərbaycan Respublikası inklüziv inkişaf sahəsində 75-ci iqtisadi imkanla dünyada 25-ci yerdədir. Bu texnologiyaların sosial sahəyə tətbiq edilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var. Eyni zamanda COP29-un Azərbaycan Respublikasında keçirilməsi ölkənin innovativ inkişafının nəticəsidir.

 

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Azərbaycan.-2024.- 10 oktyabr (№ 222).- S.7.