COP29 Azərbaycanın qlobal nüfuzunu daha da artıracaq

 

Milli Məclisin oktyabrın 8-də keçirilmiş iclasında qəbul olunan  məsələlərdən biri "Azərbaycan Respublikası Hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsidir.

Məsələ ilə bağlı "Azərbaycan" qəzetinə açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, bu qanun layihəsinin qəbulu Azərbaycanın BMT ilə əməkdaşlıq səylərini gücləndirmək iqlim dəyişikliyi ilə mübarizədə qlobal öhdəliklərini yerinə yetirmək məqsədi daşıyır. BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi A/RES/40/243 saylı qətnaməyə uyğun olaraq, ev sahibi ölkələrin beynəlxalq konfransların keçirilməsi zamanı məsuliyyətləri müəyyən edilmişdir. Azərbaycan da bu tələblərə uyğun olaraq, COP29 tədbirinin keçirilməsi ilə əlaqədar təşkilati təhlükəsizlik məsələlərini yüksək səviyyədə təmin edəcəkdir.

Komitə sədrinin sözlərinə görə, sazişdə Azərbaycan ən az inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, Afrika qrupunun, 77-lər Qrupunun Çinin sessiyaqabağı görüşlərinin keçirilməsi əlavə razılaşdırılmış görüşlərə evsahibliyi etmək öhdəliyini qəbul etmişdir. Sazişə əlavə edilmiş öhdəliklər çərçivəsində COP29-un təşkilində müxtəlif xidmətlər, o cümlədən media, maliyyə, iaşə, tərcümə nəqliyyat xidmətləri təmin olunacaq. Bu tədbir Azərbaycan üçün iqtisadi, diplomatik ekoloji sahələrdə yeni imkanlar yaradacaq ölkəmizin nüfuzunu daha da artıracaq.

Sadiq Qurbanov onu da qeyd edib ki, COP29 konfransı Azərbaycan üçün yalnız bir nüfuzlu beynəlxalq tədbir deyil, həm davamlı inkişaf strategiyamızın bir hissəsi iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır: "Biz ev sahibi olan ölkə kimi, bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin edəcək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə öz töhfəmizi verəcəyik. Dünyanın diqqəti bu dövrdə Bakıya yönələcək ölkəmiz ekoloji problemlər iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin mərkəzində dayanacaqdır".

Qeyd edək ki, bu beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, müşahidəçi təşkilatlar, beynəlxalq media, qeyri-hökumət təşkilatları, özəl sektor digər nümayəndələr iştirak edəcəklər. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirəcək. Bu barədə danışan Sadiq Qurbanovun sözlərinə görə, COP29 konfransının Azərbaycanda keçirilməsi iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə ölkəmizin liderliyini nümayiş etdirmək üçün əvəzsiz bir imkandır: "Ölkəmiz bir tərəfdən iqlim siyasətimizi dünyaya nümayiş etdirəcək, digər tərəfdən isə, qlobal iqlim məsələləri ilə bağlı yeni təşəbbüslərə imza atacaq. Eyni zamanda bu tədbir Azərbaycan iqtisadiyyatına turizminə müsbət təsir göstərəcək ölkəmizə beynəlxalq aləmin diqqətini cəlb edəcəkdir.

Bu konfrans Azərbaycanın ekoloji siyasətində əhəmiyyətli bir mərhələdir biz, dövlət olaraq, bu məsuliyyəti layiqincə yerinə yetirməliyik. İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirmək ekoloji davamlı inkişafı təmin etmək üçün bu tədbir bizim üçün yeni imkanlar yaradacaqdır".

COP29 konfransı Azərbaycana yeni iqtisadi diplomatik imkanlar açacaq, qlobal səviyyədə ölkəmizin nüfuzunu daha da artıracaqdır. Bu barədə qənaətlərini bölüşən Sadiq Qurbanov deyib ki, parlament bu konfransın müvəffəqiyyətlə keçirilməsi üçün lazım olan dəstəyi göstərəcəkdir: "Gələcək nəsillərimizin sağlam təhlükəsiz mühitdə yaşaması üçün bu məsələnin əhəmiyyəti danılmazdır. İqlim dəyişikliyi təkcə ekoloji məsələ deyil, həm iqtisadi, sosial strateji əhəmiyyət daşıyan qlobal bir problemdir. Bu səbəbdən, Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edir. Bu beynəlxalq tədbirin uğurla keçirilməsi üçün hökumətimiz müvafiq qurumlar ciddi hazırlıqlar görməkdədir parlament olaraq bu işləri dəstəkləmək bizim vəzifəmizdir".

Azərbaycanın COP-29-a evsahibliyi etdiyi müddətdə dünyanın xilası üçün çevik qərarların qəbul olunmasına öz töhfəsini verəcəyini bildirən komitə sədri əlavə edib ki, hökumətimiz bu tədbir çərçivəsində zəruri infrastrukturu   təhlükəsizlik tədbirlərini təmin edəcək. Konfrans zamanı iştirakçıların hər cür ehtiyacı, o cümlədən rabitə, media digər təşkilati məsələlər yüksək səviyyədə təmin olunacaq. Pandemiya ya digər qlobal sağlamlıq problemləri üçün əlavə tədbirlər nəzərdə tutulub hər hansı fövqəladə vəziyyətə cavab verilməsi üçün bütün hazırlıqlar görülür. O cümlədən Azərbaycan hökuməti tərəfindən COP29-da iştirak üçün qeydiyyatdan keçmiş tərəflərə UNFCC onlayn qeydiyyat sistemi vasitəsilə ödənişsiz "COP29 xüsusi viza" xidmətləri təklif olunur. COP29-un xüsusi vizasını həm rəsmi elektron viza portalı, həm Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri konsulluqları vasitəsilə əldə etmək mümkündür.

 Konfrans iştirakçıları üçün münasib qiymətli hotellər nəqliyyat xidmətləri təşkil ediləcək. İnkişaf etməkdə olan ölkələrdən gələn nümayəndələrə xüsusi güzəştlər tətbiq olunacaq. Həmçinin konfrans məkanı ilə hotellər arasında nəqliyyat xidmətləri fasiləsiz olaraq təmin ediləcək. Sessiyaqabağı görüşlər 5-10 noyabr tarixlərində baş tutacaq. COP29 konfransı isə 11-22 noyabr Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 10 oktyabr (№ 222).- S.7.