“Azərbaycan müstəqil
siyasət yürütdüyü
üçün ABŞ-ın
riyakarlığı ilə
üzləşib”
Azərbaycanın
müstəqil siyasət yürüdərək
torpaqlarını işğaldan qurtararaq ərazi
bütövlüyü və suverenliyini bərpa etməsi
ABŞ və digər Qərb dövlətləri tərəfindən
heç də xoş qarşılanmadı.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində Türkiyənin CGTN media qurumunun siyasi şərhçisi Yakub Aslan deyib. O bildirib ki, Amerika
Yaxın Şərqdə
müstəqil siyasət
aparan ölkələrə
qarşı olduqca sərt mövqe tutub. Regionu hegemonluğu altında saxlayaraq buradakı ölkələrin sərvətini
ələ keçirmək,
oradakı hakimiyyətləri
əlinin altına alaraq geosiyasi mübarizəsində istifadə
etmək istəyən
ABŞ heç bir dövlətin milli maraqlarını nəzərə
almır. İraqda, Suriyada, Liviyada, Tunisdə zorakı yollarla dövlət çevrilişləri həyata
keçirən ABŞ həmin
dövlətləri bombalayaraq
dağıtdı və
yüz milyonlarla insanın ölümünə
səbəb oldu. Bu dövlətlər müstəqil siyasət apardıqları, ABŞ-ın
maraqlarını təmin
etmədikləri üçün
dağıdıldı. Halbuki
onların heç biri ABŞ üçün
real təhlükə
törətmirdi. Onlar
Amerikadan məsafə,
ideoloji, mentalitet və digər parametrlərə görə
çox uzaqda idilər.
Rəsmi Vaşinqton
Türkiyəyə qarşı
da müəyyən sanksiyalar qəbul edib və Ankaraya
təzyiq göstərir.
ABŞ Türkiyənin milli
maraqlarından deyil, rəsmi Vaşinqtonun maraqlarından çıxış
etməsini istəyir.
Türkiyə illərlə
Avropa İttifaqına
(Aİ) üzv olmağa
çalışsa da,
buna imkan verilmir. ABŞ-ın Avropadakı müttəfiqləri
müxtəlif bəhanələrlə
Türkiyəni “qapı
ağzında” saxlayırlar.
Halbuki həm iqtisadi, həm siyasi, həm də demokratik inkişaf baxımından
Türkiyədən dəfələrlə
geridə qalan dövlətlər Aİ-yə
qəbul olunub.
Siyasi ekspert bildirib ki, Azərbaycan
müstəqil siyasət
apardığı üçün
ABŞ-ın riyakarlığı
ilə üzləşib.
Son 30 il ərzində Ermənistanı
ara-sıra yada salan ABŞ Azərbaycanın
Qarabağı azad etməsindən sonra İrəvana hərbi-siyasi
yardımlarını ikiqat
artırıb. ABŞ-ın
maliyyə dəstəyi
ilə hakimiyyətə
gələn baş nazir Nikol Paşinyan
rəsmi Vaşınqtonun
təlimatları ilə
addım atmağa məcburdur. ABŞ Qafqaz respublikalarını siyasi
oyunlara cəlb etmək üçün Ermənistanı mərkəz
seçib. ABŞ-ın
hərbi mütəxəssislərinin
Ermənistan ordusunda yüksək vəzifələr
tutmaları, silah sursatla təminat onu deməyə əsas verir ki, rəsmi Vaşinqton regionda sülhün və sabitliyin bərpasında maraqlı deyil.
Yakub Aslan qeyd edib ki,
ABŞ bütün dövlətlərə
“insan hüquqlarının
müdafiəsi”, “demokratiya”,
“fikir azadlığı”
və bu kimi digər siyasi anlayışlardan sui-istifadə edərək
müdaxilə edir. Bu, təsadüfi deyil. Hər hansı bir dövlətə müdaxilə
etmək istəyən
ABŞ qeyri-hökumət təşkilatları
(QHT) tərəfindən hazırlanmış
siyasi texnologiyanı işə salır. Konqresdən pul alan QHT-lər əvvəlcə medianı
ələ keçirir
və geniş təbliğat kampaniyasına
başlayırlar. İnsanlara
dəbdəbəli həyat
vəd edilir. Daha sonra ələ
aldıqları mətbuat
orqanları, sosial şəbəkə istifadəçiləri
və internet resursları vasitəsilə
kütləvi aksiyalar
təşkil olunur. Daha sonra isə
dövlət çevrilişi
həyata keçirilir
və hakimiyyətə
guya xalqın istəyi ilə qərbyönümlü siyasətçi
gətirilir. ABŞ bu
işləri QHT vasitəsilə
həyata keçirərək
özünü təmiz
saxlamağa cəhd edir. Amerikanın İraqa, Suriyaya, Liviyaya gətirdiyi “demokratiya” və “dəbdəbəli həyat”
tərzi dünya ictimaiyyətinin gözünün
qarşısındadır. 1990-cı illərdən başlayaraq
ABŞ-ın Yaxın
Şərq ölkələrinə
müdaxiləsinin nəticəsi
ondan ibarətdir ki, 30 il ötməsinə
baxmayaraq, bu dövlətlər hələ
də normal həyata qayıda bilməyib.
“COP29-u da
siyasiləşdirən Amerika qlobal xarakter daşıyan ekoloji
problemlərə barmaqarası baxır. Rəsmi
Vaşinqtonu yalnız
özünün korporativ
maraqları düşündürür.
O, belə bir mötəbər tədbirin
Bakıda keçirilməsinin
nə demək olduğunu yaxşı bilir və ona
görə də şantaja əl atır. COP29 qlobal xarakter daşıyan ekoloji problemlərin həllinin tapılması
üçün vacib
tədbirdir və bu işdə maraqlı olan dövlətlər konfransda
iştirak edib ondan faydalanacaqlar”, - deyə siyasi şərhçi vurğulayıb.
Azərbaycan.-2024.-
10 oktyabr (¹ 222).- S.8.