Naxçıvan
“GreenFest”ə hazırlaşır
İqlim dəyişmələri
ilə mübarizəyə
qlobal müstəvidən
yanaşan Azərbaycan
11-22 noyabr tarixlərində
bütün dünyanın
maraqla gözlədiyi
COP29-a ev sahibliyi edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə mötəbər tədbirin
ölkəmizdə yüksək
səviyyədə keçirilməsi
üçün bütün
zəruri tədbirlər
görülür, lazımi
infrastruktur yaradılır.
Dövlət başçısı
tərəfindən yaşıl
enerji zonası elan edilən Naxçıvan Muxtar Respublikasında da iqlim dəyişikliyi ilə mübarizə, təhlükəsiz və
dayanıqlı enerji mənbələrindən səmərəli
istifadə sahəsində
innovativ layihələr
icra olunur, müxtəlif tədbirlər
keçirilir.
AZƏRTAC-ın Naxçıvan
bürosu xəbər
verir ki, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Naxçıvan şəhərində “GreenFest”
festivalı keçiriləcək.
Oktyabrın 26-sı saat
11:00-da “Saat Meydanı”
İstirahət Mərkəzində
başlayacaq tədbirdə
ekoloji sərgilər,
startap təqdimatları,
müxtəlif əyləncəli
fəaliyyətlər, oyunlar
təşkil olunacaq, mövzuya uyğun stendlər nümayiş etdiriləcək. Rəsmilərin
də iştirakı ilə önəmli məsələlərin panel
müzakirələri, o cümlədən
maarifləndirici, təşviqedici
aksiyaların və digər fəaliyyətlərin
icrası nəzərdə
tutulub. Axşam saatlarından etibarən isə “GreenFest”də
canlı musiqi dinləmək imkanı olacaq.
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəliyinin
dəstəyi, Naxçıvan
Muxtar Respublikasının
Ekologiya və Təbii Sərvətlər,
Ədliyyə, Gənclər
və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər
İcra Hakimiyyəti,
Dövlət Energetika
Xidməti və Naxçıvan Dövlət
Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək
tədbirin məqsədi
əhalinin diqqətini
ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli
istifadə imkanlarını
və yaşıl enerji potensialını nümayiş etdirmək, eyni zamanda, COP29 məqsədlərinə və
“Yaşıl dünya
naminə həmrəylik
ili”nə töhfə
verməkdir.
Azərbaycan.-2024.-
10 oktyabr (¹ 222).- S.8.