Rahilə
Mehdiyeva: Azərbaycanın
COP29-a sədrliyi bu ilin ən mühüm
hadisəsidir
İqlim problemlərinin
və onun bəşəriyyət üçün
yaratdığı təhlükələrin
qarşısını almaq
məqsədilə hər
il keçirilən qlobal əhəmiyyətli
COP konfranslarının növbəti
müzakirə sessiyasına
bu il Azərbaycanın
ev sahibliyi etməsi ölkəmizin beynəlxalq statusunun dəyişməsi ilə
müşahidə olunur.
Rəsmi Bakı həm dünya ictimaiyyətinə iqlim dəyişikliyi ilə bağlı həll yollarının tapılmasına
yardım göstərməyə
hazır olduğunu elan edir, həm
də baş verməkdə olan enerji keçidi prosesini dəstəkləməklə
yaşıl enerji sahəsində strateji oyunçu statusunu qazanır.
Bunu AZƏRTAC-a müsahibəsində
“Sosial-İqtisadi və
Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.
O bildirib ki, Azərbaycanın sədrliyi
ilə keçiriləcək
COP29 konfransında dünyanın
inkişaf etmiş, inkişafda olan və yoxsul ölkələri arasında
iqlim dəyişikliyinin
qarşısının alınması
üçün maliyyə
təminatının həll
edilməsi kimi qlobal mövzularda fikir mübadilələri
aparılacaq. Bu isə Azərbaycan diplomatiyasının nüfuzunun
artmasına xidmət edir. Azərbaycan getdikcə qlobal əhəmiyyətli müzakirələrin
ev sahibinə çevrilir və bu, ölkəmizin gələcəkdə siyasi
mövqeyini güclənməsinə
vəsilə olacaq.
“Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, biz
ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik.
Bununla bağlı ötən ilin dekabrında qərar veriləndə hazırlıq
üçün bir ildən də az vaxt var
idi. Burada ən vacib məqam
ondan ibarətdir ki, həmin qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı.
Biz bunu Azərbaycana olan ehtiramın təzahürü
hesab edirik. Tarixdə ilk dəfə COP kimi mötəbər tədbir
bizim ölkəmizdə
keçiriləcək. Bütün
bunların fonunda bir daha demək
olar ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf
Məqsədlərinin təmin
olunması və iqlim dəyişmələri
ilə mübarizə
üzrə üzərinə
götürdüyü bütün
öhdəliklərə sadiqlik
göstərir”, - deyə
o əlavə edib.
Azərbaycanın COP29-a sədrliyini bu ilin ən mühüm
hadisəsi və ölkənin yaşıl
iqtisadiyyata keçid strategiyasının məntiqi
davamı kimi qiymətləndirən R.Mehdiyeva
deyib: “Bu, ölkəmizin qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ön
mövqeyə çıxmaq
niyyətini göstərir.
Azərbaycanın COP29-a sədrlik
etməsi ətraf mühitin qorunması və biomüxtəlifliyin
saxlanılması sahəsində
qlobal səyləri birləşdirəcək. Ümid
etmək olar ki, belə bir
təşəbbüs Qlobal
Şimal və Qlobal Cənub ölkələri arasında
ekoloji balansın təmin olunmasına da kömək edəcək”.
“Bakının COP29-a sədrliyi həm ölkəmiz, həm də dünya üçün mühüm
bir hadisədir. Azərbaycanın üzərinə
götürdüyü bu
rol iqlim dəyişikliyi ilə mübarizə sahəsində
qlobal səyləri birləşdirəcək və
daha ədalətli, dayanıqlı bir gələcək qurmağa
töhfə verəcək”,
- deyə müsahibimiz
fikrini yekunlaşdırıb.
Azərbaycan.-2024.-
10 oktyabr (№ 222).- S.8.