UNESCO: Azərbaycanın
COP29-a sədrliyi çərçivəsində
C4C adlı təşəbbüsünə
həsr edilmiş konfrans olub
Mədəni ölçüləri
iqlimlə bağlı
fəaliyyət strategiyasına
inteqrasiya etməyə
təcili ehtiyac olduğu bir vaxtda UNESCO və bu təşkilat yanında Azərbaycan Daimi Nümayəndəliyinin
birgə təşkilatçılığı
və Azərbaycan Mədəniyyət Nazirliyinin
dəstəyi ilə
UNESCO-nun mənzil-qərargahında
“Mədəniyyətə əsaslanan
iqlim fəaliyyəti”
(C4C) adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
COP29-a sədrliyi çərçivəsində
bütün ölkələrin
mədəniyyət nazirlərini
bir araya gətirəcək “Mədəniyyətə
əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı
təşəbbüs təqdim
olunub. Konfransda Azərbaycan mədəniyyət
nazirinin müavini Fərid Cəfərov,
UNESCO-nun Baş direktorunun mədəniyyət
üzrə müavini
Ernesto Ottone, UNESCO-nun ekologiya və
torpaq elmləri bölməsinin direktoru, insan və biosfer
proqramının katibi
Antonio Abrö (Antonio Abreu), beynəlxalq ekspert Martin Nyumən, təşkilata üzv dövlətlərin
səfir və daimi nümayəndələri
və aidiyyəti qurumların nümayəndələri
iştirak ediblər.
UNESCO-nun Baş
direktorunun mədəniyyət
üzrə müavini
Ernesto Ottone və UNESCO-nun ekologiya və torpaq elmləri bölməsinin direktoru, insan və biosfer
proqramının katibi
Antonio Abrö (Antonio Abreu) çıxış edərək
COP29 Sədrliyinin bir hissəsi kimi mədəniyyətə əsaslanan
iqlim fəaliyyəti üzrə belə bir təşəbbüsə
görə Azərbaycana
təşəkkürlərini bildiriblər. Həmçinin
COP29-un əhəmiyyətindən və məqsədlərindən
danışılıb. Bildirilib
ki, Bakının ev sahibliyi edəcəyi
COP29 iqlim böhranının
həlli istiqamətində
xüsusi əhəmiyyətə
malikdir. Məhz Bakıda “Dostluq Qrupunun” fəaliyyətinin
aktivləşəcəyinə, iqlim dəyişikliyi ilə bağlı qəbul ediləcək qərar və görüləcək tədbirlərin
mədəni irsin qorunması baxımından
da böyük əhəmiyyət kəsb
edəcəyinə inandıqlarını
qeyd ediblər.
İqlim dəyişikliyi
ilə mübarizədə
mədəniyyətin həlledici
əhəmiyyəti, eləcə
də iqlim təsirlərinin həlli
yollarında əsas rolu, mədəniyyətin
iqlim dəyişikliyi
ilə mübarizə
strategiyalarına inteqrasiyasının
vacibliyini vurğulayıblar.
Dövrümüzün ən
böyük problemlərindən
biri olan iqlim dəyişikliyini azaltmaq və ona uyğunlaşmaq üçün mədəniyyətin
əsas mənbə olduğu diqqətə çatdırılıb.
Azərbaycanın mədəniyyət
nazirinin müavini Fərid Cəfərov çıxış edərək,
Azərbaycanın COP29-a ev
sahibliyindən, COP29 konfransının
məqsədlərdən söz
açıb. O, Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə başlamış
“Bakı Prosesi”nin
əhəmiyyətini vurğulayıb
və Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun yekun Bəyannaməsini xatırladıb.
“COP29-a ev sahibliyi
edən ölkə kimi Azərbaycan bu mühüm səyə öz töhfəsini verməyə
dərindən sadiqdir.
Mədəniyyətin gücündən
– ortaq dəyərlərimizdən,
biliklərimizdən və
yaradıcı ifadəmizdən
– istifadə etməklə
hamı üçün
daha davamlı və möhkəm gələcək qura biləcəyimizə inanırıq.
Mədəni fəaliyyətə
olan bu öhdəlik
Azərbaycanın beynəlxalq
fəaliyyətində dərin
kök salmışdır.
Mədəni müxtəlifliyi,
mədəniyyətlərarası dialoqu və mədəni irsin qorunmasını təşviq
etmək üçün
UNESCO da daxil olmaqla çoxsaylı təşkilatlarla fəal
əməkdaşlıq edirik.
Bu tərəfdaşlığın
bariz nümunəsi
2008-ci ildə başlanmış
və müxtəlif mədəniyyətlər arasında
əməkdaşlığı inkişaf etdirmək üçün qlobal tanınma qazanmış mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”dir”,
- deyə Fərid Cəfərov vurğulayıb.
Bildirib ki, yekun Bəyannamədə mədəni irsə müxtəlif təhlükələr,
eləcə də iqlim dəyişikliyinin, qeyri-qanuni miqrasiya və silahlı münaqişələrin təsirləri
diqqətə çatdırılıb,
bu sahələrdə
birgə fəaliyyətin
zəruriliyi vurğulanıb.
Azərbaycan-UNESCO əməkdaşlığına
toxunan F.Cəfərov
qurumun İpək Yolları Proqramından, İpək Yolu Xəzər-Volqa Dəhlizi
İkinci İllik Subregional Konfransından, “Volqa-Xəzər İpək
Yolu Dəhlizi”nin
Ümumdünya İrs
Siyahısına namizədliyindən
danışıb, Azərbaycanın
mədəni irsin qorunması sahəsində
gördüyü işlərdən
söz açıb.
“Mədəniyyətin qorunub saxlanmasına sədaqətimiz təbii olaraq iqlim dəyişikliyi
kimi qlobal problemlərin həllini əhatə edir. COP28 konfransında 30-dan çox
hökumət hökumətlərarası
və mədəniyyət
təşkilatları ilə
birlikdə “Mədəniyyətə
əsaslanan İqlim Fəaliyyətinin Dostları
Qrupu”nu (GFCBCA) yaratdı.
Bu səy iqlim böhranının həllində mədəniyyətin
rolunun tanınmasında
mühüm addımdır.
Qrup Azərbaycan, Braziliya və Birləşmiş Ərəb
Əmirliklərinin birgə
sponsorluğu ilə
2-ci Yüksək Səviyyəli
Nazirlər Dialoqu üçün COP29-da yenidən
toplanacaq”, - deyə F.Cəfərov bildirib.
Vurğulayıb ki,
Azərbaycanın COP29-a sədrliyi
zamanı, həmçinin
mədəniyyəti müsbət
iqlim fəaliyyətinə
qlobal güc kimi təbliğ etmək məqsədilə
“Mədəniyyətə əsaslanan
iqlim fəaliyyəti”
(C4C) təşəbbüsü işə başlayacaq.
C4C təşəbbüsü mədəniyyətin davranışları
necə formalaşdıra
biləcəyi və iqlim böhranı üçün transformativ
həll yolları haqqında fikirlər təqdim edəcək.
Beynəlxalq ekspert
Martin Nyumən təməli
məhz Bakıda qoyulacaq, ölkəmizin
COP29-a sədrliyi çərçivəsində
bütün ölkələrin
mədəniyyət nazirlərini
bir araya gətirəcək “Mədəniyyətə
əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı
təşəbbüsün mənşəyi, məqsəd
və strategiyalarını
təqdim edib. Bildirib ki, Azərbaycan
Mədəniyyət Nazirliyinin
bu yeni təşəbbüsü
“Dostlar Qrupu”nun
mühüm səylərini
tamamlayacaq, potensialını
gücləndirəcək.
Konfransda “Mədəniyyətə
əsaslanan iqlim fəaliyyəti” (C4C) təşəbbüsü
ilə bağlı hazırlanmış video nümayiş olunub. Konfrans UNESCO-ya üzv dövlətlərin
daimi nümayəndələrinin
çıxışları ilə davam edib.
Azərbaycan.-2024.-
10 oktyabr (¹ 222).- S.8.