“Xəzər İnşaat Həftəsi”
çərçivəsində keçirilən 4-cü Azərbaycan
Beynəlxalq “Qarabağın
Bərpa, Yenidənqurma
və İnkişafı”
– “Rebuild Karabakh” sərgisinin iştirakçılarına
Hörmətli sərgi
iştirakçıları!
Hörmətli xanımlar
və cənablar!
Sizi “Xəzər
İnşaat Həftəsi”
çərçivəsində keçirilən 4-cü Azərbaycan
Beynəlxalq “Qarabağın
Bərpa, Yenidənqurma
və İnkişafı”
– “Rebuild Karabakh” sərgisinin açılışı
münasibətilə salamlayıram.
İlk dəfə
2003-cü ildə təşkil
olunan “Xəzər İnşaat Həftəsi”
tikinti və infrastruktur sahəsində
nüfuzlu tədbirlərdən
birinə çevrilib.
Burada dünyanın müxtəlif ölkələrinə
məxsus şirkətlər
regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq
fürsəti qazanırlar.
Bu il dayanıqlı
və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi
ilə bağlı keçirilən müzakirələr
və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.
“Xəzər İnşaat
Həftəsi” çərçivəsində
keçirilən “Rebuild
Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin
bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb
edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr
nümayiş etdirilir,
Qarabağın bərpasına
və yenidən qurulmasına dair təşəbbüslər müzakirə
olunur.
Builki sərgi məzmun və iştirakçılar baxımından
yeniliklərlə zəngindir.
Sərgi “Yaşıl
dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə
ortaq məqsədə,
yəni dayanıqlı
inkişaf naminə əməkdaşlığa yönəlib.
Sərgidə təqdim
olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq
işlərini, həmrəyliyi
və ekoloji davamlılığı nəzərdə
tutur.
Sərgidə dövlət
və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata
keçirilməsi, eləcə
də biznes imkanlarının daha da artması üçün mühüm
perspektivlər açır.
Sərgi zamanı qurulan əməkdaşlıq
və aparılan müzakirələr Qarabağda
bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli
addım olacaqdır.
Sizi sərginin
bütün istiqamətləri
ilə yaxından tanış olmağa, yeni ideyalar və
əməkdaşlıqla bağlı
fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi
daha faydalı iş birliyi əsasında Qarabağın
dirçəlişində və dayanıqlı inkişafında mühüm
fürsətlər yaradacaqdır.
Hər birinizə
bu sərgidə uğurlar arzulayıram!
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 14 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
16 oktyabr (¹227).- S.1.