Yeni zəfərlərin müjdəsi

 

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək demişdir: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm".

Seçkilərdə xalqın böyük sevgisini və səsini qazanan Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başlayanda andiçmə mərasimində ona göstərilən etimada görə xalqa dərin minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

 

Qazanılan Zəfər Qarabağa əbədi sülh gətirdi

 

 

Bununla da ölkəmizin gələcək inkişafında parlaq bir mərhələnin bünövrəsi qoyuldu. Yaşanan tarix bir daha sübut edir ki, Prezident İlham Əliyev iyirmi bir illik fəaliyyəti dövründə xalqa verdiyi vədlərin hamısını ardıcıllıqla yerinə yetirib. Ötüb arxada qalmış iyirmi bir il ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafa, tərəqqiyə nail olunub, insanların rifahı əvvəlki zamanlardan çox-çox yaxşılaşıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi, iqtisadi imkanları xeyli genişlənib. Ölkəmizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənib. Bunun nəticəsidir ki, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr yalnız yalnız Azərbaycanın iştirakı ilə, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir.

Ən çox sevindirici qürurverci odur ki, ötən illər ərzində ölkəmizin müstəqilliyinin təminatçısı olan güclü, qüdrətli ordu yaradılıb. Daim gücünü, qüdrətini artıran Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi. Azərbaycan xalqının dövlət suverenliyi tam bərpa olundu. Düşmən üzərində qazanılan Zəfər ölkəmizin ərazisində erməni separatizminə birdəfəlik son qoydu.

Bununla da Ulu Öndərin torpaqlarımızın azadlığı ilə bağlı müqəddəs arzusu həyata keçirildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müntəzəm olaraq xalqa müraciətlər edir, yeni zəfərin müjdələrini verirdi. Pezidentin xalqa etdiyi müraciətlər demək olar ki, erməni işğalçıları üzərində qazanılan şanlı qələbələrin müqəddiməsi oldu.

 

Ordumuz Ermənistanın "məğlubedilməzlik" mifini darmadağın etdi

 

Hər bir dövlətin müstəqilliyinin ən etibarlı təminatçısı onun ordusu, silahlı qüvvələridir. Prezident İlham Əliyevin Azərbaycan Ordusunun qurulması istiqamətində atdığı uğurlu addımlar, həyata keçirdiyi səmərəli islahatlar ordumuzu regionun ən güclü qüdrətli silahlı qüvvələrinə çevirdi. Həm peşəkar zabit heyətinin hazırlanması, həm hərbi arsenalın ən müasir silahlarla təchiz edilməsi istiqamətində olduqca zəruri addımlar atıldı. Bu addımlar sonda Azərbaycan xalqını qələbələrə, zəfərlərə qovuşdurdu. 

Zamanında və uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu xeyli güclənmişdi. Artıq erməni işğalçıları bu ordunun qarşısında duruş gətirə bilməzdi. Prezident İlham Əliyev Azərbaycan xalqını da, onun yenilməz ordusunu da Qələbəyə hazırlamışdı. Amma dövlət başçısı özünün dəfələrlə vurğuladığı kimi, müharibə tərəfdarı deyildi. İşğal olunmuş torpaqlarımızın sülh danışıqları yolu ilə azad olunması istiqamətində danışıqlar gedirdi. Müharibə tərəfdarı olmayan ölkəmiz sülhə sadiq idi. Lakin işğalçı Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir, BMT-nin müxtəlif illərdə qəbul etdiyi qətnamələrə məhəl qoymur, danışıqlar yolu ilə torpaqlarımızı geri qaytarmırdı. Əksinə, beynəlxalq hüququn ziddinə olaraq yeni ərazilərimizi işğal etməyə hazırlaşırdı. Çirkin məqsədinə çatmaq üçün cəbhə xəttində atəşkəs rejimini pozur, tez-tez ərazimizə təxribat qrupları göndərirdi. Göndərilən bu təxribatçı qruplar ordumuzun hissələri tərəfindən vaxtında aşkarlanıb zərərsizləşdirilirdi. Amma düşmən yenə işğalçılıq planlarından əl çəkmirdi.

27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Düşmən yeni ərazilərimizi ələ keçirmək üçün mövqelərimiz üzərinə hücuma keçdi. Ermənistan silahlı qüvvələrinin hücumları qısa müddət ərzində ordumuzun cəsur zabit əsgərləri tərəfindən dayandırıldı. Müzəffər Ali Baş Komandan işğalçıların təxribat əməllərinin qarşısını almaq məqsədilə  əks-hücum əmri verdi. Əmri yerinə yetirən rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 44 gün ərzində azad etdi. Hərbi ekspertlərin qeyd etdiyinə görə, bu, dünyanın hərb tarixində nadir müharibələrdən hesab olunur. Xüsusilə döyüşlərin getdiyi ərazinin relyefi işğalçılar üçün təbii istehkam yaradırdı Ermənistan işğal müddətində demək olar ki, o torpaqları viran qoymaqla yanaşı, həm ciddi maneələr quraraq keçilməz sədd yaratmışdı. Buna baxmayaraq, Silahlı Qüvvələrimiz Ermənistanın "məğlubedilməzlik" mifini müharibənin ilk günlərindən alt-üst etdi.

 

Tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabr

 

 

Erməni işğalçıları ordumuzun gücü, qüdrəti qarşısında çox duruş gətirə bilməyərək geri çəkilməyə məcbur oldu. Şəhər kəndlərimiz bir-birinin ardınca işğaldan azad edilməyə başladı. Azərbaycan xalqı hər gün cəbhə bölgəsindən qələbə müjdəli xəbərlər alırdı. Erməni işğalçıları illərdən bəri möhkəmləndikləri mövqelərdən geri qovulurdu. Azərbaycan Ordusu gücü, qüdrəti ilə torpaqlarımızı qəsbkarlardan azad edirdi. Dayanmadan düşməni geri sıxışdıran Azərbaycan Ordusunun zabit əsgərləri noyabrın 8-də hər birimiz üçün doğma əziz olan, Qarabağın tacı, musiqi beşiyimiz Şuşanı erməni işğalçılarından azad etdi. Həmin gün tariximizə qızıl hərflərlə yazıldı.

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada yenilməz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçımız informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına reallığı əks etdirən müsahibələri ilə xətt çəkirdi.

İkinci Qarabağ müharibəsində qazanılan uğurlar, döyüşlərin gedişləri, hərbi qulluqçularımızın qəhrəmanlığı, xalqımızın mübarizliyi və həmrəyliyi, ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dönməz qətiyyəti haqqında çox yazılıb və bundan sonra da yazılacaq. Bütün bu yazılanlar tarixin yaddaşından heç vaxt silinməyəcək.

Dövlət başçısı müharibədə qələbənin asan qazanılmadığını dəfələrlə xatırladaraq demişdir: "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti bahasına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

 

 

Azərbaycan həmişə sülh tərəfdarı olub

 

 

Erməni qəsbkarları üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq demək olar ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qəhrəmanlıq tarixidir. Zabit əsgərlərimiz 44 günlük Vətən müharibəsində əsl igidlik, cəsurluq göstərdilər. Bu qəhrəmanlıq nümunələri ilə bütün gələcək nəsillər həmişə fəxr edəcəklər. Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış qələbədən qürurla danışır: "Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədlərini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq..."

44 günlük Vətən müharibəsində düşməni məğlub edib Zəfər qazanmağımıza baxmayaraq, Azərbaycan Prezidenti yenə də sülhə, danışıqlara üstünlük verir, böyük səbir və təmkin nümayiş etdirir. Ermənistanı təcavüzkarlıq əməllərinə birdəfəlik son qoymağa, ayrı-ayrı dövlətlərin yalançı vədlərinə uymamağa, sərsəm fikirlərdən, qıcıqlandırıcı bəyanatlardan, boş hay-küydən  əl çəkib reallıqları qiymətləndirməyə çağırır. Dövlət başçısı beynəlxalq təşkilatları, Ermənistana havadarlıq edənləri, münaqişəni yenidən qızışdırmağa çalışanları ciddi tənqid etməklə bərabər, onlara öz yerini göstərir, qətiyyətli mövqeyini bildirir həyata keçirdiyi tədbirlərlə qurub-yaratmaq niyyətində olduğunu, vətəninə, torpağına, xalqına ürəkdən bağlılığını, ədalətə, haqqa, sülhə, əməkdaşlığa böyük dəyər verdiyini bunu əməlləri ilə sübut etdiyini bütün dünyaya açıq göstərir. 

Ötən ilin 19-20 sentyabrında Azərbaycan Ordusu ölkəmizə qarşı olan təxribatlara son qoymaq məqsədilə uzun illərdən bəri Qarabağda məskən salmış erməni separatçılarına qarşı lokal xarakterli antiterror əməliyyatı keçirdi. Sutkadan da az davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin ön xətt dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri yüksək dəqiqliklə sıradan çıxarıldı. Düşmən bayraq qaldırıb təslim oldu. Bununla da Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri erməni separatçıları Qarabağdan çıxarıldı.

 

 

Azərbaycan xalqını əmin-amanlığa aparan yol

 

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla başa çatan antiterror əməliyyatından sonra ötən il oktyabr ayının 15-də Qarabağa tarixi səfər etmişdi. Dövlət başçısı Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda başqa şəhər qəsəbələrdə üçrəngli bayrağımızı ucaltmışdı. Prezident bu addımı ilə dostlarımızı sevindirmiş, düşmənlərimizə gözdağı vermişdi. Qarabağ torpaqlarında Azərbaycan bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər tariximizə yeni səhifələr yazdı. Bu səhifələr hər birimizin qürur hissini daha da coşdurdu. Dövlət başçısı Xankəndidən dünyaya bu mesajı verdi: "Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın".

Prezident İlham Əliyev bu gün sadəcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran Komandan kimi tanınır sevilir. Dövlət başçımızın Müzəffər Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, qeyri-adi fədakarlıq qabiliyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə dünyaya göstərdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin qəhrəmanlığı - düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi deyilənlərə parlaq nümunədir. 44 günlük Vətən müharibəsinin başa çatmasından dörd ilə yaxın vaxt keçsə , bu gün Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə göstərdiyi fədakarlıq qəhrəmanlıq nəticəsində düşməni məğlub etməsi dünyanın ən aparıcı hərbi institutları, ABŞ, Rusiya, Çin digər dövlətlər tərəfindən araşdırılmaqda, ətraflı öyrənilməkdədir.

Bütün bunlar şanlı Azərbaycan Ordusunun, bu ordunun Müzəffər Ali Baş Komandanı olan İlham Əliyevin güclü sərkərdəliyindən, özünəməxsus bacarığından, qətiyyətindən, dövlət xadimi kimi zəngin təcrübə səriştəsindən xəbər verir. Bütün bu müsbət insani bəşəri keyfiyyətlər həm Prezident İlham Əliyevin gələcəkdə qazanacağı yeni zəfərlərə, yeni qələbələrə geniş yollar açır. Bu geniş yollar isə dövlət başçısının rəhbərliyi altında Azərbaycan xalqını xoşbəxtliyə əmin-amanlığa aparır. 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 16 oktyabr (№ 227).- S.7.