Paşinyan
növbəti dəfə
yalan və avantürist fikirləri ilə gündəm oldu
Ermənistanda mövcud
hakimiyyətdən narazılıq
daha da dərinləşib.
Belə bir fikir səsləndirilir ki, konstitusiyada Paşinyanın göstəriş
və sərəncamları
ilə pozmadığı
bir müddəa belə qalmayıb. Baş nazirin ölkəsindəki məhkəmələri
mühasirəyə alan,
hökmləri zorla dəyişdirən, kobud qanun pozuntuları ilə kadr siyasəti
aparan, bir çox inqilabdan əvvəl oliqarxlarla oğurluq əlaqələri
quran və onları "vicdanlı iş adamları" adlandıran yeganə liderdir.
Hətta o, vəzifəsindən
istifadə edərək
ailənin qohumları
vasitəsilə korrupsiya
işləri həyata
keçirməyə, milyardlarla
dollarlıq vergidən
yayınmağa çalışır.
Bildirilir ki, sosial müdafiə naziri ilə sıx əməkdaşlıq
edərək ən ehtiyaclı vətəndaşların
müavinətlərindən sui-istifadə edib, vicdanlı vergi ödəyicilərindən oğurlanan
pullarla deputat və nazirlərə astronomik maaş və mükafatlar paylayıb, minlərlə
iş yeri bağlanıb, yoxsulluğu
təhlükəli həddə
çatdırıb, ölkənin
və vətəndaşlarının
təhlükəsizliyini yeni
çağırışlarla üzbəüz qoyub.
Bütün bunların
fonunda Nikol Paşinyan növbəti dəfə tənqidlərə
tuş gəlib. O, sələflərinin yolu ilə gedərək yalan və avantürist
fikirləri ilə gündəm olub. Belə ki, baş
nazirin Ermənistan İstintaq Komitəsinin yaradılmasının 10 illiyi
ilə bağlı tədbirdə çıxışı
ölkənin siyasi dairələrində, vətəndaş
cəmiyyətində ciddi
tənqidlərə yol
açıb. Paşinyan
iddia edib ki, "bu qurum
Ermənistanda ədalətin
qurulmasına böyük
töhfə verib".
"Mən "ədalətin
qurulması" ifadəsini
iki əsas səbəbdən qeyd etmək istərdim. Birincisi, bunu siyasi komandanın əsas tələblərindən
biri hesab edirəm. İkincisi, qeyd etmək istərdim ki, Ermənistan vətəndaşlarında
ədalət hissi mövcuddur", - baş nazir vurğulayıb.
Hakimiyyətin saxta
ittihamlarla həbs etməyə çalışdığı
hüquq müdafiəçisi
Avetik İşxanyan Nikolun çıxışını
faktlarla alt-üst edib. O bildirib: "Baş nazirin sözlərini şərh
etmək çətindir,
çünki onun heç bir prinsipləri yoxdur. Birincisi, ədalət hissinə malik olmaq nə deməkdir?
Ədalət - subyektiv
hissdir və hər bir insan
üçün fərqli
əhəmiyyət kəsb
edir. Cinayətkar və qurban üçün müxtəlifdir.
Müasir dünyada ədalət haqqında danışmaq mümkündür.
Hər bir istənilən ölkədə
ədalət hakimiyyət
qanadlarının bölgüsü,
müstəqil məhkəmə-ədalət
sisteminin olması deməkdir. Sual olunur, Ermənistanda hakimiyyətin bölgüsü
mexanizmi və müstəqil məhkəmə
sistemi mövcuddurmu? Təbii ki, yox!"
Bu arada hakim "Vətəndaş
müqaviləsi"nin siyasi
elitası tərəfindən
hazırlanan plana əsasən, məhkəmə
hakimiyyətinin müstəqilliyinə
müdaxilə ilə
bağlı yeni üsullar üzə çıxıb. Məsələn,
məhkəmə hakimiyyətinin
təminatlarını qorumaqla
məşğul olan Ermənistan Hakimlər İttifaqının fəaliyyətini
qanunvericiliklə məhdudlaşdırmağa
cəhdlər edilir. Əsas məqsəd isə ittifaqın ləğvi, hakim və məhkəmə sistemini gözdən salmaq, bütün kreslolara hakim partiyanın diktəsi əsasında qərarlar qəbul edən hakimləri oturtmaqdır.
Əslində, uzun
müddətdir baş
nazirin göstərişi
ilə müəyyən
postlara hakimlər təyin edilir, qərarların qəbuluna
ciddi müdaxilə faktları ortaya çıxır. Məsələn,
12 iyun hadisələri
ilə bağlı bir sıra QHT və müxalifət nümayəndəsi polisin
aksiya iştirakçılarına
qarşı zorakılıq
etməsi ilə bağlı yüzlərlə
fakt və dəlil ortaya qoysa da, hansısa
"sehrli əl"in
köməyi ilə bu faktlar gözardı
edilir, heç bir hüquq-mühafizə
orqanı əməkdaşı
məsuliyyətə cəlb
edilmir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
16 oktyabr (№227).- S.8.