Kasım-Jomart
Tokayev: Qazaxıstan Azərbaycan ilə Ermənistan arasında danışıqlar platformasını
yenidən təklif etməyə hazırdır
Qazaxıstan tərəfi
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasına dair danışıqlar üçün
Almatı platformasını
gələcəkdə də
təklif etməyə
hazırdır.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu
barədə Qazaxıstan
Prezidenti Kasım-Jomart
Tokayev Ermənistanın
dövlət başçısı
Vaahn Xaçaturyan ilə apardığı danışıqlar əsnasında
bildirib.
Xatırladaq ki,
mayın 11-də Almatıda
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında danışıqlar aparılmışdı.
Bu il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri başçılarının
qeyri-rəsmi Zirvə
görüşündə çıxış edən
Kasım-Jomart Tokayev bəyan etmişdi ki, Qazaxıstan sülhməramlı səylərin
dönmədən dəstəklənməsi
uğrunda fəaliyyət
göstərir.
Prezident Tokayev vurğulayıb: “Biz Bakı ilə İrəvan arasında sülh danışıqları
üçün öz
platformamızı istənilən
vaxt təqdim etməyə hazırıq”.
Azərbaycan.-2024.-
16 oktyabr (№227).- S.2.