Leyla
Əliyeva Mərakeşdə
Uşaq Hüquqları
üzrə Milli Observatoriyanın vitse-prezidenti
ilə görüşüb
Mərakeşə
səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva Uşaq Hüquqları üzrə Milli
Observatoriyanın (ONDE) vitse-prezidenti Qizlan Benjelun ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə uşaqların sosial dəstəklə
əhatə olunması ilə bağlı məsələlər,
Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti,
uşaqlara qayğı üzrə həyata keçirilən
layihələr müzakirə edilib.
Heydər
Əliyev Fondunun nümayəndələri 2025-ci ildə
Uşaq Hüquqları üzrə Milli Observatoriyanın
yaranmasının 13-cü ildönümü ilə
bağlı tədbirə dəvət olunub.
Azərbaycan.-2024.-
16 oktyabr (№227).- S.3.