Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi bəyanat yayıb

 

AZƏRTAC bəyanatı təqdim edir: “Kanakidən sonra Martinikadakı bugünkü üsyan təsadüfi deyil. Bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya zorakılıqla cavab verir. Bu iki ərazi iqtisadi cəhətdən çöküb ticarət fəaliyyətlərindən əldə olunan mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean hövzəsində kaldoşlar Karib dənizi sahillərində bekelərin əldə etdikləri mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir.

Martinikanı bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi varyaşayışın baha olması yerli əhaliyə qarşı hörmətsizlik. Bahalı həyat, ərzaq asılılığının ifrat səviyyəsi, zəif inkişaf, aşağı gəlirlər davamlı müstəmləkə yoxsulluğun səbəbləridir. Bundan əlavə, bu vəziyyət - Martinika torpaqlarının müsadirəsi, ikili məhkəmə sistemi, gənclərin kütləvi köçü müstəmləkə siyasəti nəticəsində yaranmış problemlərlə bağlıdır.

Bu, Martinikadakı müstəmləkə sisteminin dözülməz təzahürüdür.

İlk dinc etirazlara Fransa dövləti bir daha misli görünməmiş zorakılıqla cavab verdi və hazırda repressiya tətbiq etməkdə davam edir.

Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar müstəmləkəçi dövlətin demokratik cəhətdən tənəzzülünü nümayiş etdirir.

Cəbhə hesab edir ki, həqiqi dekolonizasiya strategiyasının həyata keçirilməsi zəruridir. Bu strategiya Martinika xalqına xidmət edən onun ləyaqətli gələcəyini təmin edəcək iqtisadi sistem qurmağa yönəlməlidir.

Biz heç bir respublika dəyərini təmsil etməyən yalnız hakimiyyət sahiblərinin, onların yerli tərəfdarlarının təhlükəsizliyini təmin edən CRS8-in (kənardan gətirilən silahlı təhlükəsizlik qüvvələri) dərhal çıxarılmasını tələb edirik.

Cəbhə Kanakinin institusional problemlərinin bu iki ərazinin iqtisadi, sosial siyasi problemlərinin demokratik həllini tələb edir.

Bu həll öz müqəddəratını təyinetməyə və müstəqilliyə doğru real addım olmalıdır”.

 

Azərbaycan.-2024.- 16 oktyabr (№227).- S.8.