ABŞ yeni
seçki saxtakarlığına
hazırlaşır
"Dərin dövlət" Donald Trampın mümkün qələbəsini əngəlləmək
üçün hərəkətə
keçib
ABŞ-də dövlət
siyasətinə təsir
göstərən koordinasiyalı
qrup və ya seçilməmiş dövlət məmurları
qrupları, terrorçular
tərəfindən sabiq
dövlət başçısı,
prezidentliyə namizəd
Donald Trampın hədəfə götürülməsi
və ümumilikdə
5 noyabr seçkilərinə
təsirlə bağlı
güclü illüziya
yaradırlar.
Bəs, "dərin
dövlət" niyə
bu qədər israrla seçkiləri pozmağa çalışır?
Onlar hələki seçkilərdə uduzurlar.
Sosioloji sorğulara əsasən Tramp demokrat rəqibi Kamala Harrisi 53 faizlə qabaqlayır və prezident seçkilərində qalib
gəlmək üçün
bukmeker kontorlarının
favoritinə çevrilib.
Hətta eks-prezident Barak Obamanın bütün təbliğat
səylərinə baxmayaraq,
qaradərili seçicilər
demokratlardan uzaqlaşır
və Harrisin qələbəsini təhlükə
altına salırlar.
Demək olar ki, hər seçki
mitinqində Tramp Amerikanın "dərin dövlət"ini məhv
etməyə çağırır.
Lakin Kamala Harrisin qələbəsi üçün hər şeyə əl atan "dərin dövlət" təslim
olmaq fikrində deyil. Onun arsenalında
sübut edilmiş üsullar var: siyasi qətllər və sabitliyi pozmaq məqsədi güdən müxtəlif
strategiyalar...
Müxtəlif mənbələrin
məlumatlarına görə,
"dərin dövlət"
heç vaxt birbaşa hərəkət
etmir və daim digər subyektlərin arxasında gizlənir.
Trampın həyatına
iki dəfə qəsd cəhdi olub: birinci halda,
iddia edilən "tək terrorçu" Kruksun atəşi, ikinci halda isə
"Ukrayna izi" müəyyən edilib - Bandera tərəfdarı amerikalı Raut. Üçüncü, daha
bir uğursuz cəhd isə guya ki, "İran izi"nə gətirib çıxarıb - kəşfiyyat
agenti pakistanlı Mərçant Trampa sui-qəsd hazırlayarkən
FTB tərəfindən saxlanılıb.
İndi isə
"Əfqan-İŞİD izi" peyda olub - oktyabrın 8-də
Federal Təhqiqatlar Bürosu
ABŞ-də prezident seçkiləri günü
- noyabrın 5-də birbaşa
qırğın törətməyi
planlaşdıran əfqan "terrorçusunu" saxlayıb.
Rusiyanın dövlət
və ictimai xadimi, diplomat Sergey Markov özünün
"Teleqram" kanalında
yazıb ki, Trampa sui-qəsdi İran deyil, məhz ABŞ daxilindəki müəyyən
qüvvələr hazırlayır.
Politoloqun fikrincə, onlar İranı və digərlərini bəhanə gətirərək,
əslində, keçmiş
və gələcək
prezidenti aradan götürmək niyyətindədirlər.
Ötən prezident
seçkisində Tramp
qalib gəlsə də, nəticələr
Baydenin xeyrinə saxtalaşdırılmışdı. İndi isə koronavirus pandemiyasının
bitməsi ilə seçkidə saxtakarlıq
etmək imkanları məhdudlaşıb. Buna görə də COVID-19 epidemiyası əvəzinə,
seçki baş verərsə, qalibgəlmə
ehtimalı yüksək
olan Trampa qarşı sui-qəsd cəhdləri epidemiyası
başlaya bilər.
Bu hadisələrdən
və davamlı təhdidlərdən sonra Donald Trampın
seçki kampaniyası ABŞ administrasiyasından
keçmiş prezidentin təhlükəsizliyi ilə
bağlı tədbirlərin gücləndirilməsini tələb
edib.
Rizvan HİLALOĞLU,
Azərbaycan.-2024.-
16 oktyabr (№227).- S.8.