COP29 ərəfəsində
Azərbaycana qarşı
qarayaxma kampaniyasının
arxasında kimlər dayanır?
Noyabrın 11-dən 22-dək Azərbaycan ilin ən əlamətdar hadisələrindən birinə
- BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyi edəcək.
Bakının bu mötəbər tədbirə
hazırlaşması üçün
cəmi 11 ay vaxtı olmasına baxmayaraq, hökumət öz vəzifələrinin
öhdəsindən layiqincə
gəlib. Ölkə on minlərlə qonağı, o cümlədən
ekspertləri, hökumət
strukturlarının nümayəndələrini
və dövlət başçılarını qəbul
etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu
barədə “EU Today” nəşrinin
dərc etdiyi məqalədə deyilir.
Məqalənin müəllifi,
Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina yazır ki, 2015-ci il Paris Sazişi iqlim dəyişikliyi ilə mübarizədə
aparıcı dünya
dövlətlərinin səylərini
birləşdirdi və
9 il sonra iqlim maliyyələşdirməsinin
əsas müzakirə
mövzusu olacağı
effektiv platforma qismində Bakı şəhəri seçildi.
Məqalədə qeyd
olunur: “Bundan əlavə, COP29 zamanı
Azərbaycanın atəşkəs
təşəbbüsünü 127 ölkə dəstəkləyib.
Azərbaycanın namizədliyini
dəstəkləmək üçün
Ermənistanın COP29-a ev
sahibliyi etməklə
bağlı namizədliyini
geri götürməsi
də mühüm amil olub. Bakı
bütün ölkələri,
o cümlədən Ermənistanı
konfransda iştirak etməyə dəvət edib. Çoxları bunu təxminən otuz ildir münaqişədə
olan ölkələr
arasında münasibətlərin
normallaşması prosesi
istiqamətində yaxşı
əlamət kimi qiymətləndirib. Amma Cənubi Qafqazda sülhün bərqərar
olmasını istəməyən,
yeni müharibənin qızışdırılmasında maraqlı olan qüvvələr də var. Açıq desək, bir sıra Qərb ölkələrində Qafqazda
sülhə açıq
şəkildə qarşı
çıxan, Azərbaycanı
qaralamağa çalışan
da məhz erməni diasporu və onların lobbisidir. COP29-a bir aydan da az
vaxt qalıb və sosial şəbəkələrdə, bir sıra Qərb
mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar
mənfi tendensiya müşahidə olunur. Ölkənin imicinə xələl gətirmək
məqsədi daşıyan
bu kampaniyaya dezinformasiya, faktların təhrif edilməsi və ictimai rəyin manipulyasiyası daxildir”.
Lavrina qeyd edir ki, Qarabağdan
olan separatçıların
həbsi ilə əlaqədar hadisələr
kontekstində guya etnik təmizləmə ilə bağlı dezinformasiyalar yayılır.
Bu cür rəvayətlərin formalaşması
çox vaxt faktların şişirdilməsi
və ya təhrif edilməsinə,
habelə münaqişə
vəziyyətinin emosional
aspektlərinin manipulyasiyasına
əsaslanır. Separatçıların
həbsinə diqqət
çəkməklə yanaşı,
onların müharibənin
planlaşdırılmasında, beynəlxalq hüququn pozulmasında, terrorizmdə
və bir sıra digər cinayətlərdə iştirakı
barədə məlumatlar
isə gözardı edilir. Azərbaycanın Rus İcması sədrinin birinci müavini vurğulayıb
ki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir ölkə, o cümlədən Ermənistan
tərəfindən tanınmayıb
və orada fəaliyyət göstərən
separatçı rejim
qeyri-qanuni hesab edilib.
Müəllif əlavə
edir ki, Ermənilərin Qarabağı
tərk etmək barədə könüllü
qərarını etnik
təmizləmə adlandıran
erməni lobbisi Azərbaycanı dünya ictimaiyyətinin gözündə
nüfuzdan salmağa çalışır. O, BMT-nin
həmin hadisələrdən
dərhal sonra bölgəyə səfər
etmiş rəsmi missiyasının hesabatında
məlumatın öz
təsdiqini tapmadığını
xatırladır. Əksinə,
mülki ictimai infrastruktura heç bir ziyan dəyməyib
və mülki şəxslərə qarşı
hər hansı zorakılıq halları olmayıb.
“Erməni diasporu
Bakıda COP29-un keçirilməsinə
mane olmaq üçün Azərbaycana
qarşı qarayaxma kampaniyasında öz lobbiçilərindən istifadə
edir, halbuki, hazırkı şəraitdə
Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması üzrə
yaxşı imkanlar mövcuddur. Məhdud dairələrdə geniş
tanınan Ani Boyacyanın vitse-prezident postunu tutduğu “Freedom
House” təşkilatı “Dağlıq
Qarabağda niyə ermənilər yoxdur?” sərlövhəli hesabat
hazırlayıb. Eyni zamanda, heç bir bəyanatda deyilmir ki, ermənilərin
hamısı Qarabağı
tərk etməyib; bəziləri qalıb və Azərbaycan vətəndaşlığını qəbul edib. Geri qayıtmaq istəyən ermənilərə
də Azərbaycan vətəndaşlığını qəbul etmək kifayətdir. Nəzərə
alsaq ki, münaqişə zamanı
ölkədə etnik
ermənilər yaşayıb,
Bakıda erməni kilsəsi fəaliyyət göstərib, onda Azərbaycanın səmimi
niyyətinə şübhə
etmək olmaz. Öz növbəsində,
uzun illərdir ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı
yaşamır. Münaqişənin
əvvəlində yüz
minlərlə insan zorla deportasiya edilib”, - deyə məqalədə qeyd olunur.
Materialda qeyd olunur ki, ABŞ Konqresinin hər iki palatasındakı erməni lobbisi bu günlərdə xeyli fəallaşıb; gah Azərbaycana qarşı sanksiyaların
tətbiq olunmasını
tələb edən qanunvericilik təşəbbüsləri
irəli sürür,
gah da Ermənistana
yüz milyonlarla dollar dəyərində yardım paketinin ayrılmasına nail olmağa cəhd edir. Həmin kampaniyanın əsas təşkilatçısı öz
ardıcıllarını və
lobbiçilərini bu
prosesə cəlb edən Amerika Erməni Milli Komitəsidir (ANCA). Sistem vasitəsilə daxil olan tezislər əsasında avtomatik olaraq anti-Azərbaycan məqalələri yazan botlar ordusu ilə
yanaşı, Fransadakı
erməni diasporu da xeyli fəallaşıb.
“COP29-un əsas vəzifələrindən biri ətraf mühiti qorumaq üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin maraqları kontekstində kompromis əldə etməkdir. Azərbaycan çətin geosiyasi şəraitdə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və demək olar ki, dərhal Ermənistanla sülh sazişinin bağlanması üçün işə başladı. Erməni lobbisi Azərbaycanı ləkələmək cəhdləri ilə yalnız öz siyasi məqsədlərini güdür. Konfrans istənilən halda baş tutacaq, lakin bunun regionda çoxdan gözlənilən sülhün bərqərar olması yolunda yaxşı imkan olub-olmayacağı məhz Ermənistanın düşünməli olduğu sualdır”, - deyə müəllif məqalənin sonunda vurğulayıb.
Azərbaycan.-2024.-
16 oktyabr (¹227).- S.8.