Paytaxtda mikromobilliyin təmini
üçün sürətli
və effektli işlər görülür
Azərbaycan beynəlxalq
əhəmiyyətli mötəbər
tədbirə - BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
hazırlaşır. İndiyədək
bir çox qlobal əhəmiyyətli
konfranslara, iclaslara, tədbirlərə evsahibliyi
ilə uğurlu nümunə yaratmış
Azərbaycanın COP29-a sədrlik
etməsi ilə bağlı yekdilliklə verilən qərar da bundan yaranan etimadın, inamın ifadəsidir.
Hər kəs əmindir ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə keçirəcək.
Elə ötən il qərar veriləndən sonra dövlət başçısının tapşırıqlarına
əsasən, ölkəmizdə
COP29-a hazırlıqla bağlı
işlərə başlanılıb,
bu istiqamətdə bir sıra tədbirlər
həyata keçirilib.
Artıq beynəlxalq konfransa bir aydan
da az müddət qalır və paytaxtımıza gələcək
80 mindən çox qonağın rahatlığı
üçün görülən
işlər daha da genişləndirilib və
sürətləndirilib.
Elə COP29 ərəfəsində
avtomobillərin maneəsiz
və rahat gediş-gəlişinin təmin
olunması məqsədilə
yollarda xüsusi zolaqların salınması
da bu qəbildəndir.
COP29 Azərbaycan Əməliyyat
Şirkətinin məlumatına
əsasən, 11-22 noyabr
tarixlərində Bakıda
keçiriləcək konfransla
bağlı paytaxtın
bir sıra mərkəzi küçələrində
xüsusi COP29 nəqliyyat
zolaqlarının salınmasına
başlanılıb. COP29 loqosunu
əks etdirməklə
işarələnən bu
zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin
edilməsi məqsədilə
tədbir iştirakçılarını
daşıyan nəqliyyat
vasitələri üçün
ayrılıb. Konfrans
zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar
xüsusi icazələrə
sahib olan nəqliyyat vasitələri istifadə
edəcəklər. Konfransa
qədər müvafiq
yol nişanları quraşdırılmayan zolaqlardan
bütün nəqliyyat
vasitələri istifadə
edə bilər. Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif
əsas hissələrində
ümumilikdə 14 nəqliyyat
qovşağının təşkil
edilməsi planlaşdırılıb.
Hər kəsə
məlumdur ki, COP bu gün dünyanı təhdid edən iqlim dəyişikliklərinin
yaratdığı fəsadların
müzakirəsi, mənfi
təsirlərin aradan
qaldırılması istiqamətində
dünya ölkələrinin
bir araya gələrək problemlərin
həllinə çalışmaları
və üzərlərinə
müəyyən öhdəliklər
götürərək əməli
addımlar atmaları
üçün ən
böyük tədbir
olmaqla yanaşı, həm də planetimizin qorunması üçün əla fürsətdir. Tədbir çərçivəsində bu istiqamətdə görüləcək bütün
işlər isə sağlam gələcək
naminədir.
Azərbaycan insanların
sağlamlığı, qlobal
istiləşmənin fəsadlarının
minimuma endirilməsi ilə bağlı irəli sürdüyü
beynəlxalq və yerli əhəmiyyətli layihələrin təşəbbüskarı
kimi nəinki regionda, eyni zamanda dünyada qabaqcıl ölkələrdən
hesab olunur. Neft ölkəsinin "yaşıl
enerji"ni təbliğ
və təşviqi istiqamətində atdığı
addımlar bunu bir daha sübut
edir. Bundan başqa, ölkəmizdə
son illərdə havanı
çirkləndirən avtomobillərdən,
yanacaqlardan istifadənin
azaldılması, elektromobillərə
üstünlük verilməsi
ilə bağlı dövlət tərəfindən
stimullaşdırıcı tədbirlər həyata keçirilir, həmçinin
yollarda mikromobillik vasitələrindən istifadənin
genişləndirilməsi məqsədilə
xüsusi zolaqlar ayrılır və bu zolaqların uzunluğu getdikcə artmaqdadır. Təbii ki, paytaxt yollarında şərait yarandıqca velosiped və e-skuterlərdən yalnız
əyləncə məqsədilə
deyil, nəqliyyat vasitəsi kimi istifadənin də genişləndiyini müşahidə
edəcəyik.
Bakıda 20 kilometrlik
mikromobillik zolağı
təşkil edilib
Hazırda velozolaqlarla
bağlı Bakıda
hansı işlərin
görüldüyünü öyrənmək üçün
suallarımızı Azərbaycan
Yerüstü Nəqliyyat
Agentliyinə yönləndirdik.
Agentlikdən sorğumuza
cavab olaraq bildirildi ki, Bakı şəhərində 20 km məsafəni
əhatə edən mikromobillik zolağı təşkil edilib. Görülən işlər
çərçivəsində əlçatanlığın təmin
edilməsi üçün
panduslar inşa olunub, təhlükəsizlik
məqsədilə yol
nişanları quraşdırılıb,
müvafiq nişanlanma
işləri aparılıb
və mövcud işıqforlarda 25 velosiped
bölməsi quraşdırılıb.
Digər nəqliyyat vasitələrinin mikromobillik
zolaqlarına daxil olmasının qarşısını
almaq və mikromobillik istifadəçilərinin
təhlükəsizliyini təmin
etmək üçün
"bufer zonalar"da
1160-dan çox təhlükəsizlik
səddi quraşdırılıb,
48 məntəqədə parklanma
yerləri təşkil
edilib. "Bundan əlavə, Bakının
bir sıra küçə və prospektlərində mobillik
imkanlarının yaxşılaşdırılması,
avtomobillərin, o cümlədən
ictimai nəqliyyatın
hərəkət sxemlərinin
optimallaşdırılması və yenidən təşkili istiqamətində
genişmiqyaslı işlər
davam etdirilir. Belə ki, yollarda asfalt örtüyünün
boyanması, həmçinin
nişanlanma xətlərinin
silinməsi üçün
xüsusi texnikalardan istifadə olunur. AYNA tərəfindən hərəkətin
sıx olduğu Xocalı prospektində -metronun "Xətai" stansiyasından Yusif Səfərov
küçəsi ilə
kəsişməyədək yeni nişanlanma işləri aparılıb. Prospektdə
mövcud olan 2 zolaq və parklanma
yerləri saxlanılmaqla
velosiped zolağı təşkil edilib. Xaqani küçəsinin
yeni təmirdən çıxmış
hissəsində isə
üfüqi yol nişanlanması işləri
həyata keçirilib.
Həmçinin parklanma
yerləri saxlanılmaqla,
hərəkət zolaqlarının
eninin standartlara uyğunlaşdırılması nəticəsində mikromobillik
vasitələri və
nəqliyyat vasitələri
üçün hərəkət
zolağı təşkil
edilib. Ərazidə zolaqlar kanallaşdırılıb.
Bu da yol səthinin daha səmərəli istifadəsinə şərait
yaradır", - deyə
məlumatda bildirilib.
Qeyd olunub
ki, Xaqani küçəsində
innovativ yanaşma tətbiq edilərək velosiped zolaqları parklanma yerlərindən əvvəl təşkil edilib. Bu isə velosipedçilərin təhlükəsizliyini
təmin etməklə
yanaşı, avtomobillərin
də parklanma zamanı rahat hərəkətinə imkan
yaradır. Bu təcrübə
dünyanın bir çox ölkəsində
uğurla sınaqdan keçirilib. Bundan əlavə, bütün küçə boyu velosiped yollarının təşkili nəzərdə
tutulur. Bu da Bakı şəhərində mikromobillik
vasitələrinin hərəkət
zonalarının genişləndirilməsi
konsepsiyasına uyğundur.
Agentlikdən bildirilib
ki, 28 May küçəsində də genişmiqyaslı işlər aparılıb.
Yolun hərəkət
hissəsinin sol tərəfində
mikromobillik vasitələri,
sağ tərəfində
ictimai nəqliyyat, onların arasında isə ümumi istifadə üçün
zolaqlar təşkil olunub. Yolun hərəkət
hissəsinin eni nəzərə alınmaqla
parklanma yerləri də yaradılıb. Bununla da paytaxtın nəqliyyatın intensiv olduğu mərkəzi küçələrindən birində
mobilliyin təmin edilməsi üçün
bütün tələblər
nəzərə alınaraq
hərəkət iştirakçıları
üçün müvafiq
şərait yaradılıb.
Bu gün dünyada sağlamlıq, eyni zamanda meqapolislərdə tıxacın, avtomobil sıxlığının qarşısının
alınması məqsədilə
mikromobillik vasitələrindən
istifadənin təbliği
istiqamətində davamlı
işlər aparılır.
Velosiped, e-skuterlərdən
istifadə büdcəyə
qənaət etməklə
həm də sağlamlığa müsbət
təsir göstərir.
Ən başlıcası
isə qlobal istiləşməyə səbəb
olan karbon emissiyaları istehsalının
qarşısını almaqla
havanın çirklənməsinə
imkan vermir. Bu məqam isə günümüzdə ən
vacib faktorlardan biridir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan/-2024.- 16 oktyabr
(№ 227).- S.9.