COP29 dayanıqlı şəhərsalma ekoloji çağırışları aktuallaşdırır

 

AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı

Oktyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "COP29: Dayanıqlı şəhərsalma və ekoloji çağırışlar" forumu öz işinə başlayıb.

5 gün davam edəcək forum çərçivəsində "İkinci həyat - dizaynerlərin gözü ilə" adlı tullantılardan hazırlanmış maketlərin sərgisi, rəsm müsabiqəsi, panel müzakirələr, vörkşoplar, təmizlik ağacəkmə aksiyaları təşkil olunacaq.

Forumun açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, ekologiya təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 Təşkilat Komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova iştirak ediblər.

İlk olaraq forum iştirakçıları universitetdə açılan "İkinci həyat - dizaynerlərin gözü ilə" adlı sərgiyə baxış keçiriblər. Tələbələrin tullantı materiallarından hazırladıqları maketlər, innovativ yanaşmaları ekoloji problemlərə diqqəti artırmaq məqsədilə yaradılan dizaynları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Dizayn fakültəsi tələbələrinin bu yaradıcı işləri ətraf mühitin qorunması tullantıların yenidən istifadəsi mövzusunda cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətli bir addım olub.

Sonra forumun rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində çıxış edən rektor professor Gülçöhrə Məmmədova bildirib ki, bu gün universitetdə keçirilən forum Azərbaycanın evsahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq dönəmində öz töhfələrini verə biləcək. O qeyd edib ki, tədbir universitetin tələbələrinin təşəbbüsü ilə keçirilir: "COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Biz inanırıq ki, bu tədbir ən yüksək səviyyədə keçiriləcək. Forumda tələbələr öz layihələri, əl işləri ilə COP ideyalarını yaymağa, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməyə çalışırlar. Ümid edirəm ki, tələbələrimiz bu ideyaları daim rəhbər tutacaqlar".

Rektor həmçinin vurğulayıb ki, universitetin məzunları olan inşaatçılar, memarlar, şəhərsalma mütəxəssisləri ekologiya, iqlim dəyişmələri mövzusu ilə sıx bağlıdırlar onların tələbəlik illərindən bu mövzunu başa düşməsi, dərk etməsi, öz rollarını bu qlobal problemin həllində görməsi böyük əhəmiyyət kəsb edir. Bugünkü tədbir məhz bu aktual məsələyə həsr edilib.

Ekologiya təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev forumda çıxışı zamanı Azərbaycanda quraqlıqların artması səbəbi ilə su ehtiyatlarının 15 faiz azaldığına diqqət çəkib. Bunun nəticəsində Xəzər dənizinin texnogen antropogen təsirlərə məruz qalaraq sahilyanı ekosistemə ciddi ziyan dəydiyini bildirib.

Nazir müavini qeyd edib ki, dövlət səviyyəsində bu problemlərin həlli istiqamətində ciddi işlər aparılır: "COP29 bu baxımdan ölkəmiz üçün böyük irəliləyişlər gətirəcək. Mən inanıram ki, bu gün AzMİU-da keçirilən forum iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir".

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova mötəbər tədbirə hazırlıq prosesi barədə geniş məlumat veriblər. Onlar COP29-un iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, Azərbaycanın bu prosesdəki rolunu töhfələrini qeyd ediblər. Tədbirə hazırlıq mərhələsində görülən işləri qarşıda duran vəzifələri şərh ediblər. Onların sözlərinə görə, COP29 Azərbaycan üçün beynəlxalq aləmdə iqlim dəyişikliyi sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq ölkənin bu qlobal problemə qarşı səylərini daha da gücləndirəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan forumun ilk günü "Müasir şəhərsalmada dayanıqlılıq amilləri", "Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi" "Su ehtiyatlarından istifadə ekoloji dayanıqlılıq problemləri" mövzuları ətrafında panel müzakirələr təşkil olunub.

İkinci gün tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi və fikir mübadiləsi həyata keçiriləcək.

Forumun üçüncü dördüncü günlərində təmizlik ağacəkmə aksiyaları təşkil olunacaq. Sonuncu gün isə forumun bağlanış mərasimi keçiriləcək fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə aparmaq məqsədilə COP29 sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün ölkəmizdə, o cümlədən AzMİU-da silsilə seminarlar, forumlar və bu kimi müxtəlif tədbirlər həyata keçirir.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.9.