Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
hesabına köçürülən
vəsaitlərdən istifadə
Qaydası”nda dəyişiklik edilməsi
haqqında
¹ 454
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərbaycan Respublikasının 1999-cu il
7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2024-cü il 21 may tarixli
1153-VIQD nömrəli Qanununun
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 10, maddə
1899 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin hesabına
köçürülən vəsaitlərdən istifadə
Qaydası”nın 3.1.8-ci yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
3.1.9-cu yarımbənd əlavə
edilsin:
“3.1.9. gömrük orqanlarının
vəzifəli şəxslərinin
və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə
əmlakının daşınması
xərclərinin və
birdəfəlik kompensasiyanın
ödənilməsi.”.
Əli
Əsədov
Azərbaycan
Respublikasının Baş naziri
Bakı şəhəri,
15 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
17 oktyabr (¹ 228).- S.3.