Azərbaycan Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

 

Belqrad şəhərində Azərbaycanın və Serbiyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti inkişaf perspektivləri, eləcə ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iki ölkə arasında mövcud strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib. Azərbaycan-Serbiya parlamentlərarası əməkdaşlığının əhəmiyyəti vurğulanıb bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli çoxtərəfli müstəvidə təmasların daha da intensivləşdirilməsinin faydalı olacağı qeyd edilib.

Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Səfər zamanı F.Rzayev, həmçinin Serbiyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.

 

Azərbaycan.-2024.- 17 oktyabr (№ 228).- S.3.