Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

 

Gürcü xalqı parlament seçkilərində hakim partiyaya səs verməklə regiondakı müharibə planlarını da fiaskoya uğratmış olacaq 

 

Oktyabrın 26-da keçirəcəyi parlament seçkiləri ilə dünyanın diqqət mərkəzinə çevrilən yaxın qonşumuz Gürcüstan tarixi seçim qarşısındadır. Hazırda iki qütbə bölünən Gürcüstan cəmiyyəti seçkilərdə verəcəyi qərarla, sözün əsl mənasında, sülhə, yoxsa müharibəyə "" deyəcəyini dəqiq ifadə edəcək.  

Birmənalıdır ki, sözügedən parlament seçkilərində Gürcüstanın hazırkı hakim partiyası uduzacağı təqdirdə, bunun nəticələri nəinki ölkənin özü, ümumilikdə bölgə üçün böyük təhlükələrə yol açmış olacaq.  

 

"Rəngli inqilab"ın faciəsi

 

Məhz hazırkı iqtidarın xarici təsir təzyiqlərə rəğmən ölkəyə kənar müdaxilələrin edilməsinin qarşısını alması sayəsində bu günə qədər Qərbin Gürcüstan vasitəsilə Rusiyaya ikinci cəbhə açmaq istəyi reallaşmayıb. Buna görədir ki, sözügedən tarixdə həyata keçiriləcək seçkiləri ələdüşməz fürsət kimi dəyərləndirən Qərb Gürcüstana da Ukraynanın aqibətini təkrarlatmaq üçün bütün təsir mexanizmlərini işə salıb, hətta ölkəyə təzyiqlər, sanksiyalar tətbiq etməyə başlayıb

Ümumiyyətlə, Cənubi Qafqazı təsir dairəsinə salmaq Qərbin çoxdankı istəyidir. Müəyyən vaxtlarda Ermənistan Gürcüstan üzərindən qismən buna nail olmağa müvəffəq olsa da, bölgənin əsas aktoru Azərbaycanın qətiyyətli siyasi gedişləri sayəsində bu planlar iflasa uğradılıb. Xüsusilə 2020-ci ildəki Vətən müharibəsindən 2023-cü ildəki antiterror tədbirlərindən sonra regiondan qovulan Qərb hazırda  yenidən Gürcüstana fokuslanıb, ölkəni daxildən parçalamaq üçün çirkin kampaniya aparır

Qərbin QHT, KİV sair adlar altında ölkədə bəslədiyi əlaltıları vasitəsilə qızışdırıcı ritorika həyata keçirməsinin nəticəsində neçə müddət idi ki, Gürcüstanda  aksiyalar səngimək bilmirdi. Qərbyönümlü partiya, QHT, KİV "Xarici təsirin şəffaflığı haqqında" adlı qanun layihəsinin qəbul edilməməsi  üçün aksiyalar keçirirdilər. Lakin Gürcüstan hökuməti bu qanunun qəbulu ilə bağlı iradə nümayiş etdirdi, elə məhz buna görə Qərbin, xüsusilə ABŞ-nin qəzəbini üzərinə çəkdi, hədələrlə, sanksiyalarla üzləşdi.  

Xatırladaq ki, hələ 2004-cü ildə Qərb "demokratiya" adı altında bu ölkədə Gürcüstanın ərazilərinin itkisi kimi faciəvi hala gətirib çıxaracaq "rəngli inqilab" keçirmişdi. Eyni zamanda Qərbin Saakaşviliyə yalan vədlər verərək onu 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləməsi nəticəsində Cənubi Osetiya Abxaziya itirilmişdi. Qərb isə heç bir halda Gürcüstanın arxasında dayanmamışdı. Necə ki hazırda bu çirkin ssenarini Ukraynanın timsalında da izləyirik Qərb Gürcüstanda bu təhlükəli planlara yenidən cəhd edir

 

Regionun taleyi Azərbaycan Gürcüstandan asılıdır

 

Hazırda Gürcüstanın müharibə meydanına çevrilməməsinin başlıca şərti ölkədə "Gürcü arzusu" partiyasının hakim mövqeyinin qorunub saxlanılmasından keçirGürcüstan hakimiyyətinin ötən dövrkü fəaliyyəti onu deməyə əsas verir ki, məhz bu siyasi mövqeyin sürdürülməsi sayəsində ölkənin əmin-amanlığını təmin etmək mümkündür

Daha geniş aspektdən yanaşdıqda isə, reallıqdır ki, bu gün Cənubi Qafqazın taleyi Azərbaycan Gürcüstandan asılıdır. Hər iki ölkənin bir-birinin ərazi suverenliyini dəstəkləməsi, bölgədə əməkdaşlığın, inkişafın, tərəqqinin tərəfdarı olmaları regiona da təhlükəsizlik vəd edir. Azərbaycan dövləti hazırkı Gürcüstan hakimiyyəti ilə uğurlu əməkdaşlığa malikdir

Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasındakı etimada əsaslanan dostluq münasibətləri, şəxsi təmaslar, qarşılıqlı səfərlər, görüşlər, həm iki ölkə arasında münasibətlərin inkişafına da birbaşa təsir göstərir

Bu ilin martında Bakıda Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı xüsusi vurğuladı ki, Gürcüstan Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır: "Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün böyük mənada Avrasiya üçün önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq". 

Hər iki ölkə birgə regional layihələrdə iştirak edirlər. Bu sırada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu göstərmək olar. İki ölkə arasında dostluq münasibətlərinin olması, birgə layihələrin reallaşdırılması ümumilikdə regionun inkişafına töhfə verir. Gürcüstanda yarım milyona yaxın azərbaycanlı, eyni zamanda ölkəmizdə xeyli sayda gürcü yaşayır. Ölkələrimiz arasında olan dostluq münasibətləri, heç şübhəsiz, həmin insanların yaşamlarına da birbaşa müsbət təsir göstərir. Xüsusi qeyd edək ki, azərbaycanlıların səsi Gürcüstanda keçirilən seçkilərdə bir çox hallarda həlledici rol oynayır. Buna görə hazırkı parlament seçkilərinin Gürcüstan onun vətəndaşları üçün qədər həyati əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, həmin ölkədə yaşayan azərbaycanlılar da düzgün seçim etməlidirlər.  

 

Qərbin "b" planı işə düşərsə...

 

Bir sözlə, qarşıda Gürcüstanı böyük sınaq gözləyir. Əgər gürcü xalqı oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim partiyaya səs versə, bununla həm Qərbin Rusiyaya ikinci cəbhə açmaq arzusunu puç etmiş olacaq

Onu da deyək ki, Gürcüstanda seçkiqabağı ab-havadan da hakim partiyanın qalib gələcəyini təxmin edən Qərb, mediada yayılan xəbərlərə görə, seçkilərdən dərhal sonra "b" planını işə salmağa hazırlaşır. Burada xarici KİV- seçkilərin saxta olması ilə bağlı yalan xəbərlər yaymaqdan tutmuş Gürcüstanın daxilində etiraz aksiyaları təşkil etməyə, "rəngli inqilab", yəni çevriliş etməyə qədər hər cür məkrli planlar var. Bu planların isə birbaşa ABŞ-nin rəhbərliyi ilə cızıldığı bildirilir. Lakin əminlik var ki, gürcü xalqı 2000-ci illərdə yaşadığı acı təcrübədən nəticə çıxararaq, bu dəfə Qərbin avantürasına getməyəcək parlament seçkilərində səsini müharibəyə yox, sülhə verəcək

 

Yasəmən MUSAYEVA, 

Azərbaycan.-2024.-17 oktyabr (№ 228).- S.8.