26 oktyabr seçkiləri sülhlə müharibə, ailə dəyərləri ilə ona qarşı qüvvələr arasında olan seçkidir

 

Bu gün Gürcüstan dövləti xalqı çox önəmli tarixi hadisənin astanasındadır. Bir neçə gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Ona görə demək olar ki, bütün dünyanın diqqəti Gürcüstana yönəlib. Çünki bu seçkilər həm Gürcüstan dövləti, həm bölgəmiz üçün çox böyük önəm daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan parlamentinin üzvü Zaur Darğallı söyləyib.

O qeyd edib ki, bu gün Gürcüstanın inkişafını istəməyən qüvvələr var. Xüsusilə Qərbin agenturasına çevrilən radikal müxalifət ölkədə sabitliyi pozmağa çalışır. Bəzən sual yaranır, necə ola bilər ki, Gürcüstanda ölkənin taleyini həll edəcək, müstəqil şəkildə qərar verəcək hakimiyyət var. Bu günGürcü Arzusu-Demokratik Gürcüstanpartiyası ölkədə sabitliyin, sülhün qarantıdır. Yeganə hakimiyyətdir ki, son 12 il ərzində davamlı sülhü qoruya bilib. Baxmayaraq ki, bu gün bu hakimiyyətə çox böyük təzyiqlər var. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra bu təzyiqlər daha da artıb. Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa, Ukraynaya könüllü döyüşçülər göndərməyə, Rusiyaya qarşı sanksiyalara qoşulmağa sövq edirlər. Amma biz bilirik ki, bu təkliflər Gürcüstan dövlətçiliyinə birbaşa zərbə vuran qərarlardır. Bütün təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti bütün bu tələbləri qətiyyətlə rədd etdi.

Bütün bu tələblərəyox!” dedik bu gün ölkə sülh, sabitlik içərisində inkişaf edir. Gürcüstan iqtisadi inkişaf baxımından lider ölkələr sırasında yer alıb. Bu seçkinin önəmi bu xətdən qaynaqlanır. Bu seçki sülh ilə müharibə arasında, ailə dəyərləri ona qarşı çıxan qüvvələr arasında seçkidir. Bu seçki bütün bölgələrdə sülhün bərqərar olunması ilə pozulması arasında seçkidir. Mən əminəm ki, gürcü xalqı Gürcüstan vətəndaşları oktyabrın 26-da sülhü, sabitliyi dəstəkləyəcəklər”, – deyə Z.Darğallı vurğulayıb.

O deyib ki, ölkədə sülh, sabitlik iqtisadi inkişaf davam edəcək. Gürcüstanın, eyni zamanda, qonşu ölkələrlə əlaqələri daha da möhkəmlənəcək inkişaf edəcək.

Bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlıq, həmçinin bölgədə sülhün sabitliyin bərqərar olmasına regionun çiçəklənməsinə xidmət edir”, - deyən deputat əlavə edib ki, seçkilərdəGürcü Arzusu-Demokratik Gürcüstanpartiyası qalib gəldikdən sonra biz birlikdə bölgəmizi daha da gücləndirəcək, daha da inkişaf etdirəcəyik. Ən əsası isə odur ki, hər iki dövlət, hər iki xalq öz taleyi, bölgənin ümumi inkişafı ilə bağlı özü qərar verə bilir.

Qərbin ABŞ-ın Gürcüstana qarşı təzyiqlərinin artmasına da münasibət bildirən siyasətçi qeyd edib: “Təzyiqlərin sistemli şəkildə artmasına baxmayaraq, Gürcüstan hakimiyyəti bunlara sinə gərəcək. Bizim üçün önəmli olan Gürcüstan əhalisinin maraqlarını yüksək səviyyədə qorumaqdır. Son sorğuların nəticələrinə görə, əhalinin 60 faizdən çoxuGürcü Arzusupartiyasının siyasətini dəstəkləyir.

Hamı görür ki, bu təzyiqlər ölkədə, bölgədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa yönəlib. Bölgədə çox çətin vəziyyət olmasına baxmayaraq, “Gürcü Arzusuölkədə sülhü, inkişafı təmin edir. Bunu hər bir Gürcüstan vətəndaşı hiss edir. Ona görə əminəm ki, seçkilərdən sonra bizim Qərb tərəfdaşlarımızla da münasibətlərə yenidən baxılacaq bu istiqamətdə müsbət dinamika olacaq”.

 

Azərbaycan.-2024.-17 oktyabr (¹ 228).- S.8.