Dünya COP29-a bir əlində od, digər əlində su ilə gəlir

 

İqlim dəyişmələri ilə bağlı dünya alimlərinin fikirləri bəzən üst-üstə düşmür. Mövzunu araşdıran alimlərin bir qismi bunun inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki iqtisadi irəliləyişin sürətinin qarşısının alınması üçün ortaya atılan bir oyun olduğunu iddia edir. İqlim dəyişmələrinin bəşəriyyət üçün çox böyük problem olduğunu izah etməyə çalışan digər alimlər isə problemin kökündə istilik effekti yaradan parnik qazlarının karbon-dioksidin (CO2) udulmasının dayandığını deyirlər.

Alimlərin hesablamalarına görə, əgər atmosferdə parnik qazları olmasaydı, o zaman Yer kürəsində orta illik temperatur təxminən 19 dərəcə Selsi olardı. Çünki  karbon qazı digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla bizi hədsiz istilikdən mühafizə edərək bir növ mühafizə zolağı yaradırlar. Bununla həmin qazlar insanların normal yaşaması işləməsi üçün zəruri temperaturu formalaşdırır. XX əsrin ortalarından sənayenin inkişafı ilə əlaqədar atmosferdə sürətlə artan karbon qazının həcmi günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanması ilə nəticələndi havada sərhəd olmadığından, CO2 qazı orada sərbəst hərəkət etdiyindən istilik effekti dünyanın bütün ölkələrinin başı üzərini aldı ki, bunu da alimlər qlobal istiləşmə adlandırırlar.

1995-ci ildən qlobal istiləşmə ilə rəsmən mübarizəyə qalxan bəşəriyyət onun qarşısının alınması yollarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP) axtarır. COP konfransları silsiləli şəkildə hər il bir ölkədə keçirilir. Noyabrda Bakıda baş tutacaq COP29-da iştirak edəcək ölkələr qlobal istiləşməni mümkün qədər 1,50C saxlamağı öz üzərlərinə öhdəlik kimi götürüblər. Həmin öhdəliyi yerinə yetirmək mümkün olduğu halda 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olunacaq ki, bu da istixana qazlarının səviyyəsinin azaldılması deməkdir. Qeyd edək ki, Azərbaycan bu öhdəliyə 2021-ci ildə qoşulub. Həmin vaxt Qlazqo şəhərində keçirilmiş COP26 zamanı ölkəmiz 2050-ci ilə qədər istixana qazı emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faizə qədər azaldılmasını hədəf kimi bildirmiş işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilə qədər karbon neytrallığı zonası yaratmaq təşəbbüsü ilə çıxış etmişdir.

COP29 dünya üçün böyük əhəmiyyətə malikdir. Bu tədbir sayəsində torpaq örtüyünün qorunması, geoloji müxtəlifliyin bərpası, yeni su hövzələrinin yaradılması kimi proseslərə diqqət artacaq nəticədə təkcə ekoloq metereoloqların deyil, ayrı-ayrı fərdlərin düşüncəsində dəyişiklik yaranacaq. Məlumdur ki, sərt iqlim dəyişmələri təbii süni fəlakətlərə, yeni xəstəliklərə səbəb olur. Bu baxımdan COP29 insan sağlamlığının qorunması üçün mühüm tədbir olacaq

Sirr deyil ki, bu gün dünyanın yoxsul ölkələrində yaşayan insanlar iqlim dəyişmələrinə qarşı daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında olsalar da, ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. Lakin qlobal iqlim dəyişmələri bütün ölkələrin daxilində dövlətlər arasında bərabərsizlik yaradır. Ona görə bu məsələyə vaxtında diqqət yetirilməsə, iqlim dəyişmələri təkcə zəif inkişaf etmiş ölkələri deyil, nəhəng dövlətləri gələcək nəsilləri çənginə ala bilər

Qlobal iqlim dəyişmələri bizim həyat təsərrüfat fəaliyyətimizə təsirsiz ötüşmür. Ağrılı hal odur ki, əgər bir ərazidə quraqlıq baş verirsə, digər tərəflərdə sel, daşqın, torpaq sürüşməsi özünü göstərir. İqlim dəyişmələrinin ən böyük təsiri isə Xəzər dənizinin ətrafında baş verir. Hazırda Samurdan Astara çayına qədər ərazidə dəniz ən azı 200 metr geri çəkilib. Mütəxəssislərin dediyinə görə, hətta həmin ərazidə dənizin 300 metr geri çəkilməsi müşahidə olunan yerlər var. Ötən illər Kür çayında da bu halı görmək mümkün idi. yaxşı ki, indi yağıntıların çoxluğu suyun səviyyəsini bir qədər artırıb.

Təkcə bu deyil ki?! Planetdə atmosferə atılan hər bir tullantı, havanı çirkləndirən karbon qazı insanların ömrünü qısaldır. Dünyada 200-dən çox ölkə var. Hər bir ölkə düşünməlidir ki, onlar ayrı olsalar da, dünya vahiddir. Bu günədək keçirilən COP tədbirləri məhz onu göstərir ki, hər kəs öz ərazisini təmiz saxlasa, onu qayğı ilə qorusa, bu, çirklənməyə qarşı birgə mübarizə dünyanın bütövlüyünün saxlanması demək olar. Bunun üçün öncə 2016-cı ildən qüvvəyə minən Paris Sazişinin qədər əhəmiyyətli olduğunu diqqətdə saxlamaq lazımdır. Dünyada neft, qaz, daş kömür kimi yanacaqlardan istifadə edilir. Bir gün onların tükənəcəyi alternativ enerjiyə keçidi sürətləndirməyi tələb edəcək. Paris Sazişinin əsas məqsədlərindən biri elə budur - bərpaolunan enerjiyə keçmək. Azərbaycan günəş, külək, su kimi tükənməz sərvətdən istifadə edən ölkələr sırasındadır. Qarabağ, Şərqi Zəngəzur Naxşıvan Muxtar Respublikası "yaşıl enerji" zonasına çevrilməkdədir. COP29 bu sadalananların səmərəsini göstərmək üçün əvəzsiz fürsətdir.

 

Züleyxa ƏLİYEVA, 

Azərbaycan.-2024.-17 oktyabr (№ 228).- S.9.