COP29-un
"İqlim və sülh bağlantısı" gündəliyi
beynəlxalq humanitar ictimaiyyət tərəfindən bəyənilib
Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının mərkəzi qərərgahında COP29 Sədrliyi
və Federasiyanın birgə təşkilatçılığı
ilə iqlim dəyişikliyi və qlobal sülh
arasındakı qarşılıqlı əlaqəyə həsr
olunmuş tədbir keçirilib.
AZƏRTAC məlumatına
görə, tədbirdə Cenevrədə yerləşən
BMT qurumlarının, beynəlxalq humanitar təşkilatların,
eləcə də BMT üzv dövlətlərin daimi
nümayəndəlikləri iştirak ediblər.
Tədbirdə açılış
nitqi ilə çıxış edən
Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının
Baş katibi Caqan Çapagain Azərbaycana, iqlim dəyişikliyi və sülh arasında bağlantı mövzusuna
diqqət çəkdiyinə
görə təşəkkürünü
bildirib və COP29-a sədrliyin bu istiqamətdə fəaliyyətini
yüksək qiymətləndirib.
COP29 Sədrliyinin Baş
müşaviri, Azərbaycan
Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri Elşad İsgəndərov COP29 çərçivəsində
keçirilməsi nəzərdə
tutulan Sülh, Yardım və Bərpa günü haqqında ətraflı məlumat verib. Natiq iqlim dəyişikliyi
nəticəsində su
çatışmazlığı, ərzaq təhlükəsizliyi,
torpaq deqradasiyası və miqrasiyanın artan miqyasına diqqəti çəkərək
bu problemlərin beynəlxalq sülh və təhlükəsizlik
üçün ciddi
risklər yaratdığını
bildirib.
“500 milyondan artıq
əhalinin üzləşdiyi
bu problemlərinin həlinə iqlim maliyəsinin cəmi 2% xərclənir, bu da öz növbəsində
onsuzda az inkişaf etmiş ölkələrin hələ
uzun illər aclıq, münaqişə,
xəstəliklərə düçar
qalması üçün
zəmin yaradır. İnkişaf etmiş ölkələri, süni
şəkildə siyasiləşdirilən
məsələlər deyil,
məhz bu kimi real fəlakətlər
narahat etməli, bu istiqamətdə əməli addımlarını
şərtləndirməlidir. COP29 sədri kimi Azərbaycan irəli sürdüyü təşəbbüslər
vasitəsilə məhz
bu yolda həqiqi sülhə xidmət etməkdə əzmlidir”, - Elşad İskəndərov vurğulayıb.
Tədbir zamanı
COP29 sədrliyinin təşəbbüsü
olan İqlim və Sülh Fəaliyyəti üzrə
Bakı Mərkəzinin
konsepsiyası, həmçinin
qeyd olunan sahədə əməli təklifləri özündə
ehtiva edən İqlim Üçün Bakı Sülh Çağırışının ilkin layihəsi tədbir iştirakçılarına
təqdim edilib.
Tədbirdə çıxış
edən Azərbaycanın
Cenevrədəki BMT Bölməsi
və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi, səfir
Qalib İsrafilov Azərbaycanın COP29 Sədrliyinin
Fəaliyyət Gündəliyi
üzrə təşəbbüslərinin
beynəlxalq sülhün
gücləndirilməsinə xidmət edən amillərinə diqqət çəkdi.
42 ölkə
və 12 beynəlxalq təşkilatın nümayəndələrinin
iştirak etdiyi tədbir zamanı aparılan müzakirələrdə
COP29 sədrliyinin iqlim və sülh mövzusu üzrə təqdim
etdiyi gündəlik yüksək qiymətləndirilib,
nümayəndələr tərəfindən tədbir
iştirakçıların çoxsayli sualları ətraflı
şəkildə cavablandırılıb.
Azərbaycan.-2024.-17
oktyabr (№ 228).- S.9.