Pekində
“2024 Sıfır karbon
missiyası” beynəlxalq
iqlim konfransında
COP29-dan danışılıb
Çinin “Phoneix”
televiziyasının təşkilatçılığı
ilə “İqlim Ambisiyaları və Qlobal Fəaliyyət” mövzusunda “2024 Sıfır karbon
missiyası” beynəlxalq
iqlim konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Çinin müvafiq qurumlarının dəstəyi
ilə keçirilən
tədbirdə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyi edən Azərbaycan əsas qonaq qismində iştirak edib.
Adətən BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının sessiyalarından
əvvəl keçirilən
“Sıfır karbon missiyası”
beynəlxalq iqlim konfransı Çində bu sahədə əsas müzakirə platformalarından biri hesab olunur. Builki
tədbir panel müzakirələr
və “COP29: Gəlin Bakıda, Azərbaycanda görüşək” adlı
mərasimdən ibarət
olub.
Tədbirdə Çinin
dövlət qurumlarının,
həmçinin qeyri-hökumət
təşkilatlarının, elm ocaqlarının, beyin mərkəzlərinin nümayəndələri,
diplomatlar iştirak ediblər. Müzakirələr
zamanı iqlim dəyişikliyi təşəbbüsləri,
qlobal emissiyaların azaldılması yolları,
birgə mübarizə
strategiyaları ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış
edən Azərbaycanın
Çindəki səfiri
Bünyad Hüseynov COP29-a hazırlıq
prosesi, Azərbaycanın
iqlim dəyişikliyi
ilə mübarizəyə
milli, regional və qlobal
miqyasda verdiyi töhfələrdən, ölkəmizdə
yaşıl inkişaf,
yaşıl keçiddən
danışıb, iqlim
maliyyəsi məsələsinin
COP29-da danışıqların mühüm hissəsi olacağını deyib. Bildirib ki, Prezident İlham
Əliyev 2024-cü ili
Azərbaycanda “Yaşıl
dünya naminə həmrəylik ili” elan edib.
B.Hüseynov işğaldan
azad edilmiş ərazilərdə “ağıllı
şəhər” və
“ağıllı kənd”
konsepsiyasının inkişaf
etdirildiyini, Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarının, Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə
kimi sıfır emissiyalı zonaya çevriləcəyini bildirib.
Diplomat Çinin yaşıl inkişaf sahəsindəki
zəngin təcrübəsini
və qabaqcıl texnologiyasını nəzərə
alaraq Azərbaycanın
bu ölkə ilə sözügedən
sahədə əməkdaşlığa
xüsusi önəm verdiyini, Azərbaycanda həyata keçirilən
yaşıl enerji layihələrində Çin
texnologiyasından geniş
istifadə olunduğunu
diqqətə çatdırıb.
Sammit çərçivəsində
müxtəlif mövzularda
panel müzakirələr aparılıb.
Azərbaycan.-2024.-17
oktyabr (¹ 228).- S.9.