Azərbaycanlı mütəxəssis Londonda BP-nin hasilat üzrə baş vitse-prezidenti vəzifəsində çalışacaq

 

 

Azərbaycanlı mütəxəssis Elxan Məmmədov bu il dekabrın 2-dən başlayaraq BP şirkətinin hasilat üzrə baş vitse-prezidenti vəzifəsində işləyəcək. Təyin olunduğu yeni vəzifəsində Elxan Məmmədov

BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında BP-nin London ofisində çalışacaq.

Hazırda Elxan Məmmədov BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə son bir neçə ildir AGT regionunda BP-nin bütün hasilat işlərinə rəhbərlik edir.

BP-nin AGT üzrə regional prezidenti Qəri Counz deyir: "Elxan əməyin təhlükəsizliyinə olan xüsusi diqqəti, həmkarları, komandaları bütün maraqlı tərəflərlə qurduğu əlaqələri qazandığı etibara görə tanınan yüksək hörmət edilən bir liderdir. Onun rəhbərliyi altında işçilər BP-nin Xəzər regionundakı dəniz quruda yerləşən obyektlərində çox yüksək texniki təhlükəsizlik göstəriciləri eləcə dünyasəviyyəli səmərəlilik etibarlılıq nümayiş etdirməklə fəaliyyət göstəriblər. Bu ilin əvvəllərində Elxan

BP-nin texnoloji baxımdan ən qabaqcıl platforması hesab edilən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında BP-nin yeddinci platforması olan "Azəri Mərkəzi Şərqi" platformasının təhlükəsiz şəkildə işə salınmasına rəhbərlik edib. Fürsətdən istifadə edərək AGT regionu üçün gördüyü bütün işlərə görə Elxana təşəkkür edir yeni yüksək vəzifəsində ona uğurlar diləyirəm".

Qeyd edək ki, E.Məmmədov BP- fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə aviasiya sektorunda işləyib. BP- o, quruda dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb. Həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. Nəhəng AÇG "Şahdəniz" yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan Türkiyə əraziləri boyunca uzanan neft qaz ixrac boru kəmərləri daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir.

Elxan Məmmədovun Azərbaycan Dövlət Neft Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması üzrə magistr dərəcəsi, Massaçusets Texnologiya İnstitutu (MIT) London Biznes Məktəbinin bir sıra ixtisaslaşmalar üzrə diplomları var. O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb.

2014-cü ildə E.Məmmədov Prezident İlham Əliyev tərəfindən ölkənin neft qaz sənayesinin inkişafına verdiyi töhfələrə, görə "Tərəqqi" medalı ilə təltif olunub. Ailəlidir, üç övlad atasıdır.

Xatırladaq ki, Azərbaycanın neft-qaz yataqları xarici tərəfdaşlarla birlikdə işləndiyinin ilk illərində layihələrdə çalışanların yalnız 10 faizə qədəri ölkəmizin vətəndaşları idi. Prezident İlham Əliyev o zaman SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti vəzifəsində çalışırdı. Dövlətimizin başçısı hələ o vaxt bəyan etmişdi ki,  yaxın gələcəkdə bu nisbət dəyişəcək işçilərin yalnız 10 faizi xaricilər, 90 faizi Azərbaycan vətəndaşı olacaq. O vaxt həmin fikrə inanmayanlar da var idi. Lakin proqnozun dəqiqliyini zaman özü təsdiqlədi. Bu gün azərbaycanlı mütəxəssislər nəinki ölkəmizdə, eləcə dünyanın müxtəlif yerlərində həyata keçirilən layihələrdə aparıcı işlərdə çalışır etimadı doğruldurlar.

Deyilənlərə BP-nin mətbuata bu ilin birinci yarısına aid açıqlamasından bir hissəni əlavə etmək yerinə düşər. Belə ki, cari ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2386 nəfərə çatıb bura müddətli müqavilə əsasında işləyənlər daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirir.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.-17 oktyabr (№ 228).- S.10.