İqlim dəyişikliyinin acı fəsadları

 

Afrikanın cənubu təhlükəli epidemioloji vəziyyətlə üz-üzədir

 

 

Afrikanın cənubunda baş verən quraqlığın səbəb olduğu məhsul böhranına görə bu aydan etibarən 15 milyon insanın təcili ərzaq yardımına ehtiyacı olacaq.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatında bildirilir ki, son 40 ilin ən dəhşətli quraqlığı Zambiya, Malavi, Zimbabve, Mozambik, Namibiya, Anqola, Botsvana Lesoto kimi Afrika ölkələrinə təsir edib. Qitədəki quraqlığa 2023-cü ilin iyul ayından etibarən qüvvədə olan El Ninyo iqlim fenomeni səbəb olub.

Bölgədəki ölkələr aprel ayında quraqlıq səbəbindən son beş ilin ən zəif məhsulunu əldə ediblər. Afrikanın cənubu ərzaq ehtiyatlarının azalması səbəbindən ciddi qida böhranı ilə üzləşib.

Bu arada yaxın aylarda bölgədə qida çatışmazlığı içməli su qıtlığı səbəbindən epidemik xəstəliklərə yoluxma hallarının intensiv şəkildə artacağı gözlənilir.

Cənubi Afrika İnkişaf Birliyinin (SADC) məlumatına görə, quraqlıqdan ən çox zərər çəkən Zambiya, Malavi, Zimbabve, Mozambik, Anqola, Namibiya, Lesoto Botsvananın ümumi əhalisi 130 milyon nəfərdir. Bu əhalinin yarısından çoxunu təşkil edən 68 milyon insan quraqlıq qıtlıq səbəbindən müxtəlif səviyyələrdə ərzaq yardımına ehtiyac duyur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) oktyabrın 14-də açıqladığı "Afrikanın cənubunda aclıq" adlı hesabatına görə, regionda 22 milyondan çox insan yüksək səviyyədə ərzaq qıtlığı ilə üzləşib.

Hesabat müəllifləri qeyd edirlər ki, region ölkələrində ərzaq ehtiyatları tükənmək üzrədir.

Belə bir vəziyyət regionda bu aydan etibarən 15 milyon insanı təcili ərzaq yardımına möhtac qoyacaq, gələn ay isə humanitar böhranı daha da ağırlaşdıracaq.

Hesabatda bildirilir ki, regionda 2 milyon uşaq kəskin qida çatışmazlığından, 500 min uşaq isə həddindən artıq az çəkidən əziyyət çəkir.

 

 

Ərzaq böhranından ən çox təsirlənən ölkələr

 

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, quraqlığın təsirindən ən çox əziyyət çəkən Zambiya, Malavi, Zimbabve, Namibiya, Lesoto Botsvanadır. Afrikanın adıçəkilən ölkələrində  aclıq quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib.

Əhali baxımından Zambiya quraqlıqdan əziyyət çəkən ölkələr siyahısına başçılıq edir. Ölkədə təxminən 5,8 milyon insan yüksək səviyyədə qida çatışmazlığından əziyyət çəkir.

Sonrakı yerlərdə Malavi - 5,7 milyon nəfər, Zimbabve - 4,4 milyon nəfər,  Mozambik - 3,3 milyon nəfər, Anqola - 1,5 milyon nəfər, Namibiya - 1,2 milyon nəfər, Botsvana - 400 min nəfər  və Lesoto - 37 min nəfərlə qərarlaşıb.

 

 

Epidemiyaların yayılacağı proqnozlaşdırılı

 

 

Bu regionda su ehtiyatları da tükənir milyonlarla insan içməli su qıtlığı yaşayır. Suya, o cümlədən içməli suya məhdud çıxış isə yoluxucu xəstəliklərin yayılması riskini artırır.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, qidalanma və ağır həyat şəraiti ilə yanaşı, vəba, malyariya, poliomielit, vərəm və qızılca hallarının sayı  da yaxın aylarda arta bilər.

 

 

Enerji böhranı

 

Quraqlıq həm də əsasən su-elektrik stansiyalarından elektrik enerjisi istehsal edən region ölkələri üçün enerji böhranı deməkdir.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sentyabr ayında açıqladığı hesabata görə, su anbarının doluluq səviyyəsinin 30 faizə düşdüyü Namibiyada gündə 21 saata qədər işıq kəsilməsi müşahidə edilir.

Ən əhəmiyyətli su ehtiyatlarından biri olan Zambezi çayı üzərindəki Kariba  anbarında suyun səviyyəsinin 8 faizdən çox aşağı düşməsindən sonra Zambiya gündə orta hesabla yalnız üç saat bölgəni elektrik enerjisi ilə təmin edə bilir.

 

Yağışlı mövsüm yaxınlaşır

 

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, gələn aydan etibarən bölgənin La Ninya hava fenomenindən təsirlənəcəyi gözlənilir.

Yağışlar su ehtiyatlarının yenilənməsi üçün vacib olsa da, bölgədə potensial daşqınların kənd təsərrüfatına mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.

Bu arada Afrikanın cənub bölgəsi quraqlığın təsirlərini aradan qaldırmaq üçün gələn ilin aprelində məhsul yığımına qədər gözləməli olacaq.

 

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.-17 oktyabr (№ 228).- S.12.